13.05.2022, 15:11 - Baxış sayı: 403

Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirilib


Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirilibAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Təşkilatı birlikdə 15 may – Beynəlxalq ailə gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirib.
Tədbiri kitabxananın baş direktoru Məmməd Əliyev açaraq iştirakçıları salamladıqdan sonra Şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışı zamanı tədbir iştirakçılarını Beynəlxalq Ailə Günü münasibəti ilə təbrik etdi. Fəlsəfə və Sosiologiya İnstitutunun xanım əməkdaşlarınının elmi naliyyətlərindən, xanımlarımızın 44 günlük Vətən müharibəsində arxa cəbhədə göstərdikləri fədakarlıqlarından söz açdı.
Professor öz nitqində Azərbaycan ailə modelinə diqqət çəkərək bu dəyərlərin əsrlərdən bəri qorunub saxlanılmasını, toxunulmazlığını bildirib.
Sonra AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadənin mövzu ətrafında məruzəsi dinlənilib, həmçinin qadın alim olmağın faydalarından söz açıb.
Sonda f.e.d., İradə Zərqanayeva, f.e.d. Nəzakət Salmanova, f.e.d. Günay Məmmədova və digər iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar.
Tədbir zamanı ölkəmizdə ailə siyasətinin banisi olan ümummilli lider Heydər Əliyevin ailəyə verdiyi dəyər, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlərdən bəhs edən “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videoçarx nümayiş olunub.
Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirilib
Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirilib
Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirilib