06.05.2022, 13:26 - Baxış sayı: 404

Azərbaycan Cənubi Qafqazda inkişaf və əməkdaşlıq ücün yeni fürsət yaradıb


Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Prezident İlham Əliyevin söylədiyi nitq Qafqazda yeni reallıqların mahiyyətinə və Azərbaycanın yaratdığı imkanların regiona təsirinə dair mühüm əhəmiyyətə malikdir. Əvvəla qeyd etməliyik ki, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi və delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına verilən razılıq onu göstərir ki, Qafqazda uzunmüddətli və dayanıqlı sülhün olması qacılmazdlır və başqa niyyətə Azərbaycan imkan verməyəcək. Son hadisələr isə göstərdi ki, Azərbaycan bölgənin bütün resurslarını regionun güclü iqtisadi inkişafı ücün səfərbər edib. Bu prosesdə bir məqam aydın oldu ki, Azərbaycanın təcrübəsi heç bir Qafqaz ölkəsi ilə müqayisə edilə bilməz. Prezident İlham Əliyev konfransda bunlara aydınlıq gətirərkən demişdir: “Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”. Bu fikir regiondakı mənzərəni və reallığı tam ifadə etməklə, həm də Cənubi Qafqazda əməkdaşlığın elementlərinə və təsisatlarına əsaslanan qarşılıqlı etimad mühitinin yaradılmasına olan zərurəti qarşıya qoyurdu. Çünki belə etimadın uzun illər olmaması Ermənistanın separatizm və təcavüzkarlığa yönələn siyasətinin təzahürü kimi bütöv regionda inteqrasiya fürsətini qaçırıb. Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq təcrübəsi isə onu göstərdi ki, Ermənistan özünü təcrid etdikcə onun siyasi və iqtisadi imkanları məhvə məhkum olmuşdur.
Beləliklə, Azərbaycanın Türkiyə, Gürcüstan və digər ölkələrlə son 30 ildə apardığı mütərəqqi qonşuluq siyasətinin bu gün xalqlar və dövlətlər ücün gətirdiyi dividentlər sübut etdi ki, region xalqlarının inkişafı üçün bütün imkanlar onların siyasətindən və Azərbaycanla quracaqları münasibətlərdən asılıdlr. Postmüharibə dövründə Azərbaycanın gələcəyə baxış konsepsiyasının bu regionun inteqrasiya, təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanına çevrilməsinə qadir olduğuna hec bir şübhə yeri qoymamışdır. Konfransın məzmunu və xarici olkə nümayəndələrinin mövqeyi onu göstərir ki, bu gün erməni ictimaiyyatı istər yaranmış reallıqları, istərsə də əsl həqiqətlərin nədən ibarət olduğuna dair Azərbaycanın dünya informasiya məkanındakı qələbəsini onların inkişafı ücün yaradılmış bir fürsət hesab etməli və öz inkişaflarının bu həqiqətləri nə qədər tez dərk etmələrindən asılı olduğunun fərqində olmalıdırlar.

"Sia.az"