06.05.2022, 13:11 - Baxış sayı: 458

“Şuşa bəyannaməsi Ulu Öndərin siyasi irsi kontekstində” adlı konfrans keçirilib


“Şuşa bəyannaməsi Ulu Öndərin siyasi irsi kontekstində” adlı konfrans keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Şuşa bəyannaməsi Ulu Öndərin siyasi irsi kontekstində” adlı konfrans keçirildi.
Konfransda institutun baş direktoru, fəlsəfə elmləri doktoru, ptofessor İlham Məmmədzadə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Alim, Ulu öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərdiyini deyib.
Şuşa bəyannaməsinin mahiyyətinə, onun tarixi əhəmiyyətinə diqqət çəkərək, önəmli tarixi hadisələrə ideoloji və fəlsəfi yanaşmalı və bu istiqamətdə təhlillər aparılmalıdır – deyə, İlham Məmmədzadə qeyd edib.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətlinin “Ulu Öndər H.Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi”, f.e.d., prof. Rəna Mirzəzadənin “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın H.Əliyev haqqında xatirələrindən”, f.e.d. Füzuli Qurbanovun “Siyasi varislik və “Qarabağ Azərbaycandır” tezisi: Şuşa Bəyannaməsi kontekstində fəlsəfi təhlil”, f.ü.f.d., dos. Şölət Zeynalovun “Ulu Öndər H.Ə.Əliyevin sülh və təhlükəsizlik strategiyası: Şuşa Bəyannaməsi dialoq, məkan, zaman paralelliyi kontekstində”, siyasi e.ü.f.d. Şahin Bağırovun “Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti”, kiçik elmi işçi Toğrul Salmanzadənin “Şuşa Bəyannaməsi regional və beynəlxalq münasibətlərdə” mövzusunda məruzələri dinlənilmişdir.
“Şuşa bəyannaməsi Ulu Öndərin siyasi irsi kontekstində” adlı konfrans keçirilib
“Şuşa bəyannaməsi Ulu Öndərin siyasi irsi kontekstində” adlı konfrans keçirilib