06.05.2022, 10:54 - Baxış sayı: 393

Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdir


Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdirAzərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu Qusar rayonunun İcra Hakimiyyəti və rayondakı Heydər Əliyev Mərkəzi ilə birlikdə 4 may 2022-ci il tarixində Qusar rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusunda konfrans keçirmişdir. Konfransda eyni zamanda görkəmli şair Ramiz Qusarçaylının "Vətən" poemasının təqdimatı keçirilmişdir.Tədbirdən öncə Ulu öndərin əzəmətli heykəli ziyarət edilmişdir.
Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açmış, Ulu öndərin zəngin dövlətçilik fəaliyyətindən, xalqımızın birliyi, müstəqilliyimizin əbədi və sarsılmazlığı üçün onun həyata keçirdiyi tədbirlər barəsində ətraflı danışmış, professor İlham Məmmədzadənin rəhbərlik etdiyi Fəlsəfə və Sosiologiya İnstitutu ilə illərdir davam edən əməkdaşlığın əhəmiyyətini vurğulamış və Ulu öndərin anadan olmasının 99-cu ildönümü ərəfəsində belə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdirFəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusundə məruzə etmiş, şairin poeziyasından gətirdiyi nümunələrdə Ulu öndərin ideyalarının necə yüksək poetik üslubda təqdim edildiyindən söz açmış, şairin Azərbaycanın qədim dövrlərdən üzü bəri keşməkeşli tarixini əks etdirən və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni də sonsuz məhəbbət və bədii ustalıqla vəsf edən “Vətən” poemasını müasir Azərbaycan poeziyasının zirvə nümunələrindən biri kimi dəyərləndirmişdir. O, vurğulamışdır ki, əsərdə Ulu öndərin parlaq obrazını yaradan Ramiz Qusarçaylı, eyni zamanda 30 il işğal altında qalmış Vətən torpaqlarının düşməndən azad edilməsində xalqı və ordunu dəmir yumruq kimi birləşdirib zəfərə aparan Ali Baş Komandan İlham Əliyevin rəhbərlik və sərkərdəlik məharətini özünəməxsus poetik ustalıq və məhəbbətlə təsvir etmişdir. E.Mədətli qeyd etmişdir ki, Vətən müharibəsində qusarlılar misilsiz qəhrəmanlıqlar göstərmişlər. Vətən müharibəsi qəhrəmanı, rayonun Balaqusar kəndindən olan Renad Şixnəbiyevlə təkcə qusarlılar deyil, bütün Azərbaycan xalqı fəxr edir. Rayonun şəhid verdiyi 37 əsgər və zabitin hər biri vətənsevərliyin, vətən üçün fədakarlığın təcəssümüdür və onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdirFəlsəfə elmləri doktoru, İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri Füzuli Qurbanov, İnstitutun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP institut təşkilatının sədri Sənan Həsənov, İnstitutun baş meneceri Qabil Camalov Ulu öndərin azərbaycançılıq ideyalarının xalqımızın bugünki birlik və həmrəyliyində misilsiz rolundan danışmış, onun ədəbiyyatın, mədəniyyətin, milli-mənəvi dəyərlərin inkişafına qayğısındansöz açmışlar.
Tanınmış mənbəşünas-tarixçi və şair, tarix elmləri doktoru, professor Şahin Fazil Ramiz Qusarçaylının vətənpərvərlik mövzusundakı şeirlərindən söz açmış, onun yaradıcılığına dair yazdığı “Sözləri ecazdır Qusarçaylının” kitabından şairə həsr edilmiş şeirlərini oxumuşdur. Qusar rayonu ziyalılarından ədəbiyyatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ceyhun Ağabəyov, "Qusar" qəzetinin redaktoru Vidadi Sevzixanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Eyvaz Güləliyev, Balaqusar kənd məktəbin direktoru Babacan Zəkiyev, şairə Məhbubə və başqaları Ramiz Qusarçaylının “Vətən” poemasının hər bir Azərbaycan ailəsinin tale və etiqad kitabına çevrilməsini arzulamışlar. Çıxış edənlər şairin məşhur “Azərbaycan Bayrağı” şeirini bu kitabın əzəmətli və qalibiyyətli sonluğu kimi yüksək dəyərləndirmişlər.
Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdirTədbir iştirakçıları Ramiz Qusarçaylıya suallar vermiş, onun poeziyasından nümunələr gətirmiş, yaradıcılığından qırmızı xəttlə geçən və onun ilham mənbəyini təşkil edən Vətən sevgisini, dövlətçilik hisslərini xüsusi vurğulamışlar. Ramiz Qusarçaylı görüşün təşkilinə görə təşəkkür etmiş, Vətən uğrunda döyüşlərdə mətanət göstərən, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarıza dair şeirlərini oxumuşdur.
Konfransa yekun vuran E.Mədətli ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyalarını öz poeziyasında istedad və ilhamla tərənnüm edən, “Vətən” poeması ilə bu ideyalara canla-başla xidmət edən, hələ illər öncə “Şuşada sən qonduğun daşa pir deyəcəyəm, Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan Bayrağı”- deyən Ramiz Qusarçaylıya yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirmişdir