Fəlsəfə və Sosiologiya İnstitutunda "Bakıxanovun yaradıcılığı və şəxsiyyətinə baxış"mövzusunda elmi seminar keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Bakıxanovun yaradıcılığı və şəxsiyyətinə baxış"mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.ü.f.d., dosent Mətanət Şəkixanovaya verdi.
Məruzəçi Abbasqulu ağa Bakıxanovun elmi, ictimai, siyasi və ədəbi fəaliyyətinə geniş nəzər salaraq, onu Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alim kimi qeyd etdi. Bakıxanovun məşhur əsərlərindən “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərlərinin adını qeyd edən alim, bu əsərlərin zamanında və ondan sonrakı dövrlərdə də böyük şöhrət qazandığını vurğuladı.
A.A.Bakıxanov digər sahələrdə olduğu kimi pedaqoji məsələlərlə də bir alim kimi məşğul olduğunu, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar iki əsər yazdığını deyən Şəkixanova, Baxıkanovun əxlaq nəzəriyyəsinin onun insanlığa, vətənə və xalqına olan məhəbbətini, maarifçi və demokratik dünyagörüşü ilə bağlı olduğunu qeyd edib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə, f.e.d., professor Əli Abasov, f.ü.f.d Radif Mustafayev, f.e.d., professor Adil Əsədov, İnstitutun icraçı direktoru t.e.d. Eynulla Mədətli, f.ü.f.d. İradə Zərqanayeva, f.e.d., professor Azər Mustafayev, f.ü.f.d., Şəhla Musayeva, f.ü.f.d. Faiq Ələkbərli, f.e.d. Füzuli Qurbanov və digər çıxışçılar mövzu ilə bağlı çıxış edərək, seminar iştirakçıları ilə öz fikirlərini bölüşdülər.