20.04.2022, 12:49 - Baxış sayı: 305

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblərYeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında keçirilən “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı silsilə görüşlərin budəfəki qonaqları AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə və həmin İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov idi.
Tədbirdən öncə iştirakçılar Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Qonaqları və gəncləri salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev belə görüşlərin gənclərin həyatında mühüm yer tutduğunu bildirib. Qonaqları gənclərə təqdim edərək sözü professor İlham Məmmədzadəyə verib.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblərİlham Məmmədzadə Azərbaycan xarici siyasəti və milli maraqları mövzusunda çıxış edərək məruzəsini bu istiqamətdə irəli sürdüyü yeddi tezis - liberalizm, qloballaşma, ordu quruculuğu, Türkiyə ilə müttəfiqlik, qərbyönümlü siyasət, postmüharibə və benyəlxlaq vəziyyət - ətrafında qurdu.
İlham Məmmədzadə Azərbaycanın tarixi yaddaşa əsaslanan möhkəm dövlətçilik təfəkkürünü nəinki öz ərazi bütövlüyünü təmin etdiyini, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları haqqındakı sterotipləri dağıtıdığını və Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirləri tarixi yaddaş və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsi olduğunu vurğulayıb.
44-günlük müharibədə Azərbaycanın çaldığı zəfərlə və ondan sonrakı dövrdə təşəkkül tapmış yeni gerçəkliklərə toxunan alim, bildirib ki, müasir dövrdə müharibədə qələbə qazanmağın çox böyük əhəmiyyətinin olduğunu və onun Qarabağ, Azərbaycan və bütövlükdə Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb olacağını başa düşməyin vacilbliyini qeyd edib.
İlham Məmmədzadə beynəlxalq aləmdə baş verən siyasi hadisələrə və gələcəkdə onların yaradacağı problemlərə münasibət bildirərək məruzəsini yekunlaşdırıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblərSonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov “Bir millət, iki dövlət: Qarabağ Azərbaycandır!” mövzusunda məruzə ilə çıxış etdi. O, öz çıxışında ulu öndər Heydər Əliyevin bir millət, iki dövlər formulunun müasir, müstəqil, demokratik Azərbaycan dövlətini qurmağın yol xəritəsi, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində həyata keçridiyi işlərin və söylədiyi şüarların həmin formulun mənitiqi davamının XXI əsrdə - yeni situasiyada konkret təzahürünün olduğunu qeyd etdi.
Gənclərlə görüşdə F.Qurbanov Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!”, “Sən azadsan Şuşa!”, “Biz qayıtdıq Şuşa!”, “Dəmir yumruq”, “Güc birlikdədir!” kimi şüarlarının bir millət, iki dövlət formulu işığında, onun məntiqi çərçivəsində hansı fəlsəfi və siyasi məsələləri əhatə etdiyini çatdırmağa çalışdı: ““Qarabağ Azərbaycandır!” şüarının qəlbi kimi Şuşa bəyannaməsi göstərdi ki, bir millət, iki dövlət formulunun İkinci Qarbağa savaşından sonra Azərbaycanla Türkiyə arasındakı münasibətlərin necə olacağının siyasi, məntiqi, tarixi və fəlsəfi çərçivələrini müyyənləşdirdi."
Bu baxımdan “Qarabağ Azərbaycandır!” adi şüar yox, o Azərbaycanın milli, demokratik, müstəqil dövlətçiliyi ilə sıx bağlı olan güclü bir tezisdir və onun filosoflar, kulturoloqlar, sosioloqlar və politoloqlar tərəfindən geniş araşdırılması, öyrənilməsi zəruridir – deyə, Füzuli Qurbanov bildirib.
Məruzələr bitdikdən sonra qonaqlar tələbələrin suallarını cavablandırıblar.
Sonda qonaqlar və tələbələr xatirə şəkli çəkdirib.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblər
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblər
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblər
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı tədbirdə iştirak ediblər