31.03.2022, 13:53 - Baxış sayı: 414

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib


31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb: “31 Mart soyqrımı azərbaycanlılara qarşı ən amansız şəkildə həyata keçirilib və bütün bunları tarix öz yaddaşında qoruyub saxlayır. Bizlər də tarixi yaddaşı heç vaxt unutmamalıyıq və öz elmi əsərlərimizdə bu məsələyə diqqət verməliyik”.
Ermənilərin azərbaycanlılara qarşı etdikləri soyqrımları beynəlxalq ictimaiyyətin diqqətinə dönə-dönə çatdırılmağın vacibliyini bildirib. Biz alimlər öz məqalələrimizdə bu məslələrə toxunmalı və onu dünyanın nüfuzlu jurnallarında dərc etditməliyik və bütün dünya tarixin yaddaşından süzülüb gələn gerçək həqiqətləri bilməlidir – deyə İlham Məmmədzadə qeyd edib.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilibSonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı ditrektoru t.e.d. Eynulla Mədətli məruzə ilə çıxış edərək erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirildiyini bildirib. O qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin hərbi hissələri, daşnaksütyun bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları məhv ediblər.
Qeyd edək ki, Eynulla Mədətli öz məruzəsində soyqrıma gətirib çıxaran problemlərə nəzər salaraq, 31 Mart soyqrımına kimi olan tarixi prosesləri geniş və əhatəli şəkildə təhlil edib.
Sonra konfransda institutun əməkdaşlarından f.e.d., professor Sakit Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Xanımağa İsmayılova, f.ü.f.d., İradə Zərqanayeva və digər əməkdaşlar öz çıxışlarında tarixi faktlara istinad edərək ermənilərin ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımdan ətraflı bəhs etdilər.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib