31.03.2022, 11:23 - Baxış sayı: 313

İdmanda əldə etdiyimiz nailiyyətlər xalqımızın özünütəsdiqinin mühüm göstəricisidir


Sənan Həsənov
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilaının sədri
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


İdmanda əldə etdiyimiz nailiyyətlər xalqımızın özünütəsdiqinin mühüm göstəricisidirPrezident İlham Əliyev Bolqarıstanda kecirilmiş güləş üzrə 7-ci Avropa cempionatının iştirakçılarını qəbul edərkən bir sıra mühüm tarixi məqamlara toxundu. Həmin məqamlar göstərir ki, Azərbaycanın idman ölkəsi kimi nailiyyətləri son illər beynəlxalq ictimaiyyatın marağına səbəb olmaqdadır. Ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğurlara imza atan idman heyəti həm də azərbaycan xalqının sağlam mənəvi-fiziki və əqli təfəkkürünü ardıcıl qələbələrlə dünyaya sübut etməkdədir. Bü Azərbaycan dövlətinin mütərəqqi strateji siyasi xəttinin əsasını təşkil edən xalqın bütün sahələrdəki potensial imkanlarının üzə cıxarılmasına yönəlmiş siyasətinin bilavasitə nəticəsidir.
Mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Bolqarıstanda kecirilən güləş üzrə 7-ci Avropa çempionatının iştirakcıları ilə görüşü ölkəmizin idman sahəsində tarixi nailiyytlərinin daha bir təntənəsi kimi yüksək qiymətə layiq olduğunun təzahürüdür. Bu yarişda Azərbaycan idmancılarının 16 medal 7-si qızıl olmaqla birinci yerə layiq görülməsi həm də dövlətimizin malik olduğu qüdrətinin nümayişidir. Ölkəmizin dövlət himninin belə beynəlxalq yarışda yeddi dəfə səsləndirilməsi kimi diqqətin xalqımızın ümummilli qürur hissi kimi qarşılanması bilavasitə dövlətçilik şüurunun formalaşması yolunda əldə etdiyimiz nailiyyətlərdən xəbər verir. Çünki yarişda iştirak etmiş dünyanın 34 ölkəsinin icərisində Azərbaycan idmançılarının birinci yeri tutması cox böyük tarixi nailiyyətdir. Bu nailiyyətlər həm də sübut edir ki, Azərbaycanda idman sahəsinin prioritet istiqamət kimi infrastrukturu cox mükəmməl qurulub və hər bölgəmizdə zamanında Olimpiya İdman Komplekslərinin müasir tələblərə uyğun şəkildə yaradılması, istifadəyə verilməsi sağlam, fiziki, əqli və mənəvi cəhətdən yetişmiş böyük bir idman ordusu yaratmışdır.
Qələbələrimiz də göstərdi ki, Azərbaycan idmanının öz ənənələri və zəngin tarixi təcrübəsi vardır. Bütün idman növləri ilə yanaşı güləşin isə milli idmanımızda özünəməxsus yeri vardır. Əgər biz milli idman tariximizə nəzər salsaq bu sahədə Azərbaycanda tarixən böyük bir məktəbin olması diqqəti cəkir. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qayğısı ilə dövlət siyasətinin tərkib hissəsi olaraq gənc nəslə bu ənənəni davam və daha da inkişaf etdirmək ücün cox böyük imkanlar yaradılmışdır.
2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın milli maraqlarının və uğularının əldə olunması yolunda idmanın roluna dair xüsusi konsepsiyası və bu yolda cox gərgin mübarizəsi onu gösrtərdi ki, dövlət başcısı idmanın azərbaycan xalqının dünyada özünütəsdiqinin cox mühüm amili olduğunu zamanında qiymətləndirmiş və onu dövlət siyasətinə cevirməklə həm də uzaq siyasi diplomatik hədəfləri fəth etməyə nail olmuşdur.
Bu görüşdə Prezident İlham Əliyevin tarixi nitqləri fikirlərimizin əsaslı olduğunu sübut edir. “Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyə edilməsində idman amili cox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik ruhu cox yüksək olmalıdır. Bu hisslər Vətən müharibəsində əsas rol oynadı. 30 ilə yaxın beynəlxalq arenalarda istər idman istərsə də digər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Həqiqəti etiraf etmək, həqiqəti olduğu kimi bilməli və deməliyik ki, bu məğlubiyyətin səbəbləri o vaxtki antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar- bu amillər məğlubiyyəti şərtləndirmişdir. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların urəyində mütləq bu duygular olmalıdır”. Hesab edirik ki, Cənab Prezidentin tarixi nitqi Azərbaycan idmançılarının qələbə ruhu ilə hər zaman qalibiyyət uğrunda mübarizəsini şərtləndirən vacib tövsiyyədir. Eyni zamanda rəqiblərə, xalqımıza qarşı ədalətsiz mövqe tutanlara qarşı həmişə prinsipal olmaq bizim qarşımızda vacib amaldlr. Dövlət başcısı görüşdə hamımızın qarşısında duran daha şərəfli işin üzərində dayandığını bildirərək işğaldan azad olunmuş ərazilərimizdə də idmanın inkişafına xüsusi diqqət ayrıldığını bildirdi. İanınırıq ki, Azərbaycan dövlətinin strateji xətti hər birimizin Vətən təəssübkeşliyi ilə, dövlət başcısının ətrafında sız birləşməklə bütün sahələrdə bundan sonrakı böyük inkişafın və qələbələrimizin avanqardına cevriləcəkdir.
aktualxeber.az