09.03.2022, 13:29 - Baxış sayı: 395

"Görkəmli fəlsəfə tarixçisi Solmaz Rzaquluzadə: şəxsiyyəti və elmi irsi" mövzusunda dəyirmi masa keçirilib

"Görkəmli fəlsəfə tarixçisi Solmaz Rzaquluzadə: şəxsiyyəti və elmi irsi" mövzusunda dəyirmi masa keçirilibMartın 9-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda tanınmış filosof alim, fəlsəfə üzrə fəlsəfə doktoru Solmaz Rzaquluzadənin 90 illik yubileyinə həsr olunan “Görkəmli fəlsəfə tarixçisi Solmaz Rzaquluzadə: şəxsiyyəti və elmi irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, məhsuldar yaradıcılıq yolu keçmiş Solmaz Rzaquluzadənin tədqiqatlarında fəlsəfə tarixinin bəzi aktual problemləri ətraflı tədqiq olunub. Solmaz xanım fəlsəfə tarixi sahəsində bir çox tədqiqatlar aparıb.
Sonra tədbirdə f.e.d., Arzu Hacıyeva “Solmaz Rzaquluzadə: missiyasına sadiq həqiqi alim və insan”, f.e.d, Rəfiqə Əzimova “ Solmaz xanım haqqında xatirələrim”, f.e.d., professor Əli Abasov, f.ü.f.d., Faiq Ələkbərov “ Solmaz Rzaquluzadə orta əsr Azərbaycan xalqının fəlsəfə tarixinin əsas araşdırmaçılarından biri kimi”, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Xanımağa İsmayılova “ Solmaz Rzaquluzadə fəlsəfə tarixçisi kimi”, elmi işçi Zaur Rəşidov “Solmaz Rzaquluzadənin irsində Şərq fəlsəfəsinin problemləri”, f.ü.f.d., Rövşən Hacıyev, f.ü.f.d., İradə Zərqanayevə və digər iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış edərək Solmaz Rzaquluzadəni təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.
Sonda alimin ailəsi adından çıxış edən qızı Fidan Fərəcova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.