25.02.2022, 13:00 - Baxış sayı: 321

“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib


“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiram sükutu ilə başlandı.
Tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini dünya elmi ictimaiyyətinə davamlı çatdırılmasının vacibliyini vurğulayıb. Biz müharibədə qələbə çaldıq, ancaq 30 il öncə Xocalıda baş verən soyqırıma görə hadisəni törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Azərbaycanın gündən günə inkişaf etməsi Xocalı hadisəsinə ədaləti gətirəcəkdir – deyə İlham Məmmədzadə bildirib.
Professor həmçinin qeyd edib bu məqsədlə xarici dillərdə elmi, fəlsəfi və siyasi təhlillər dərc olunmalı və beynəlxalq aləmə çatdırılmalıdır. Həmçinin hesab edirik ki, xarici dillərdə olan bu məqalələr institutun elektron almanaxında dərc olunsun.
“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilibSonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d., Eynulla Mədətli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı 30 ildir faciə günü kimi anırıq. Azərbaycan xalqı iki əsrə yaxındır erməni şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Şübhəsiz ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı bizim tariximizin elə bir hadisəsidir ki, bu ömür boyu yaddaşlarda oturmalı, saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir.
Sonda institutun şöbə müdiri f.e.d. professor Rəna Mirzəzadə, f.e.d. professor Rəfiqə Əzimova, f.ü.f.d., Hüseyn İbrahimov, Asya Əhmədova və digər çıxışçılar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirdilər. Həmçinin 1990-1992-ci illərdə ölkədə olan siyasi vəziyyətdən, faciənin baş vermə səbəblərindən bəhs edərək həmin vaxt şahidi olduqları hadisələri tədbir iştiakçıları il bölüşdülər.
“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib
“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib