08.02.2022, 10:32 - Baxış sayı: 421

Professor İlham Məmmədzadə "İqtisadiyyatın fəlsəfəsi" adlı məruzə ilə çıxış edib


Professor İlham Məmmədzadə "İqtisadiyyatın fəlsəfəsi" adlı məruzə ilə çıxış edibFevralın 7-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun və ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “İqtisadiyyatın fəlsəfəsi” adlı məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi İnstitutda aparılan tədqiqatlar barədə məlumat verən baş direktor müasir fəlsəfə elminin başlıca problemləri, fənlərarası əlaqə, sosiologiya, iqtisadiyyata müasir fəlsəfi baxışlar və yanaşmalar, fəlsəfənin süni intellektlə əlaqəsi, islahatlara fəlsəfi baxış, fərqli şüur tiplərinin iqtisadi proseslərə təsiri, iqtisadi mədəniyyət, ailə institutu və ailə iqtisadiyyatı, elm və biliyin müasir cəmiyyətimizdəki rolu, bazar iqtisadiyyatında ictimai şüur və mədəniyyət məsələləri barədə danışıb.
Professor İlham Məmmədzadə "İqtisadiyyatın fəlsəfəsi" adlı məruzə ilə çıxış edibProf. İlham Məmmədzadə iqtisadi proseslərə milli mentalitetimizin və davranışlarımızın təsiri, biznesdə etik davranış və sosial məsuliyyət, sosial ədalət, dövlət və iqtisadiyyat arasındakı münasibətlər, dövlət və fərdlərin münasibətləri, iqtisadi azadlıqlar, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, iqtisadiyyatda kollektivçilik və fərdiyyətçilik, səmərəli iqtisadiyyat, qlobal dünyada müasir çığırışlar, bilik iqtisadiyyatına keçid, müasir cəmiyyətin sosial-iqtisadi inkişafına müxtəlif prizmalardan fəlsəfi baxışlar və yanaşmalara öz münasibətini bildirib, seminar iştirakçıları ilə diskussiya aparılıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxış edən alimlər iqtisadiyyatın fəlsəfəsi ilə bağlı öz fikir və mülahizələrini bölüşüblər
"Economics.com.az"