19.01.2022, 13:10 - Baxış sayı: 352

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib


20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilibYanvar ayının 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər, konfranslar keçirilir: “20 Yanvar xalqımızın milli oyanış və azadlıq hərəkatının yeni mərhələsidir. Biz keçmişi unutmadan tarixə yenidən baxış sərgiləməklə yanaşı, həm də güclü Azərbaycan prizmasından baxmalıyıq. Çünki ölkəmiz keçmiş postsovet respublikaları içərisində ən inkişaf etmiş və öz müstəqil siyasi dəsti-xətti olan güclü bir dövlətdir.”
20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu deyən İlham Məmmədzadə bildirib ki, bizlər bu günü ən çox hüzn günü kimi yox, bir qəhrəmanlıq, yadellilərə qarşı xalq dirənişinin nümunəsi kimi dəyərləndirməliyik.
Tədbirdə f.e.d., professor Adil Əsədov, f.ü.f.d., Radif Mustafayev, f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Rəfiqə Əzimova, f.ü.f.d., dosent Fikrət Nəbiyev və digər çıxışçılar 20 Yanvar hadisəsi ilə bağlı çıxış ediblər.
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib