17.01.2022, 15:03 - Baxış sayı: 575

“Pandemiya dövründə fəlsəfə və Lütfizadənin qeyri-səlis məntiqi” adlı kitab nəşr olunub


“Pandemiya dövründə fəlsəfə və Lütfizadənin qeyri-səlis məntiqi”  adlı kitab nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Pandemiya dövründə fəlsəfə və Lütfizadənin qeyri-səlis məntiqi” adlı kitab nəşr olunub.( Bakı,2021,səh.274)
Giriş və iki hissədən ibarət “Pandemiya dövründə fəlsəfə və Lütfizadənin qeyri-səlis məntiqi” adlı bu kitabda bütün dünyanı bürüyən “Covid-19” koronovirus pandemiyası dövründə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutununda təşkil olunmuş elektron laboratoriyada bir çox məsələlərin – nəzəri məntiq, refleksif sosiologiya və s. fəlsəfi məsələlərin, dünya şöhrətli alim L.Lütfizadənin qeyri-səlis məntiqinin dərk olunmasının tədqiqinə dair institun elmi əməkdaşlarının və digər alimlərin elmi araşdırmaları nəşr olunmuşdur.
“Bilgi” nəşriyyatında çap olunan kitabın elmi redaktoru f.e.d., professor İlham Məmmədzadə, redaktoru Qabil Camalovdur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Pandemiya-dovrunde-felsefe-ve-Lurfizadenin-qeyri-selis-mentiqi.pdf [1,62 Mb] (Yüklənib: 21)