31.12.2021, 09:20 - Baxış sayı: 418

Mütərəqqi ideologiyadan Zəfərə aparan həmrəyliyimiz…


Sənan Həsənov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Həmrəylik xalqımizin malik olduğu potensialının mütərəqqi milli ideologiya ilə tarixi vəhdətini yaradıb. Bu vəhdət hər iki mühüm elementin ümummilli maraqlara xidmət etməli olduğunu qiymətləndirən xalqların həmişə qalib olduğunu sübut edir. Məlumdur ki, xalqımızın həmrəylik istəyi 1989-cu ildə Naxcıvan MR ilə İran İslam Respublikası arasında mövcud sərhədlərin dağıdılması və xalqımızı bir -birindən ayrı salan sədlərin sındırılması ilə özünü biruzə verdi. Bu Azərbaycan xalqının öz bütövlüyü uğrunda milli iradəsindən və həmrəylik arzusundan doğan daxili tələbatının ifadəsi idi.
Lakin bu məsələdə siyasi liderin iradəsi və xalqın milli ruhunun mümkün tarixi şəraiti düzgün qiymətləndirməsi də çox vacib məqamdır. 1991-ci il 16 dekabrda Ulu Öndər Heydər Əliyev Naxcıvan MR Ali Məclisinin sədri olarkən verdiyi Sərəncamla “31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü”nün tariximizə daxil edilməsi Azərbaycan xalqının malik olduğu potensialını vahid amal uğrunda birləşdirmək üçün bu tarixi şəraitdən düzgün istifadəni təmin etdi və bu da xalqımızın uğurlu gələcəyinin bu amillə bağlılığının şüurlarda dərkinə yeni mərhələ açdı. Xalqın həmrəylik istəyinə müdrik siyasi xadimin yetişən tarixi şəraitdə verdiyi qiymət və atdığı tarixi addım göstərdi ki, dünya azərbaycanlılarının mütəşəkkil birliyi xalqının himayədarı olan lideri ilə vəhdətdə mümkündür. Azərbaycanı qüdrətli dövlətçiliyə aparan strategiyanın yeni rüşeymləri də buradan qaynaqlanırdı. Milli həmrəyliklə milli ideologiya tarixi təcəssümünü də bu müdrik iradənin fonunda tapdı. Deməli, xalqın tarixi yaddaşını və gələcəyini həmrəyliyin və ideologiyanın dərki prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Odur ki, biz son otuz ilin hədəflərinin yalnız müsbət dinamikaya malik olduğunu, onun milli inkişaf naminə tam qələbəsini görürük. İndi hamımız üçün həmrəylik fəlsəfəsinin xalq-lider, xalq-qüdrətli ordu, tarixi yaddaş və gələcək, milli ideologiya və milli mənafe kimi zəruri anlayışların qüdrətli dövlətciliyimizdə uğurlu praktiki nəticələrə səbəb olduğu isə açıq həqiqətlərdir.
Bu gün dünyanın bütün qitələrində yaşayan 50 milyondan çox həmvətənlərimizin bütövlük, birlik, həmrəylik bayramına çevrilən bu tarixi gün həm də ideoloji, siyasi, mənəvi baxımdan xalqımızın vahid amal uğrunda birliyinin simvoluna çevrilib. Qalibiyyətə və Zəfərə aparan yolun avanqardı kimi dərki isə həm də əməli fəaliyyətlə təsdiqini tapıb.
"İkisahil.az"