Prezident İlham Əliyevin Vətən müharibəsində Zəfəri şərtləndirən strateji hədəfləri
Rəna Mirzəzadə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, f.e.d.,professor
Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycanı dünyaya etibarlı tərəfdaş, balanslı xarici siyasət aparan müstəqil dövlət kimi tanıdaraq, ölkənin beynəlxalq aləmdə qarşılıqlı əlaqələrini çoxşaxəli istiqamətlərə yönləndirdi. Bu məntiqdən də Vətən müharibəsində Zəfər 44 günlük bir haqq savaşının yekunu ilə vəhdətdə, Prezident İlham Əliyev hərbi-ideoloji strategiyasının illərlə apardığı beynəlxalq diplomatik siyasətindən qaynaqlanan hədəflərdir.
Nəzərə yetirək ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsinin mənbəsində ulu öndər Heydər Əliyev dövlət-hakimiyyət quruculuğu siyasətinin də böyük rolu vardır. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən etibarən güclü dövlət, daxili ictimai-siyasi sabitlik, müasir ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsiplər olmuşdu. Prezident İlham Əliyev tərəfindən bu milli strategiya daha da genişləndirilib, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun reytinqini artırıbdır. Ulu Öndər vurğulayırdı ki, “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. Bu ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda siyasi-hərbi strategiyasının məntiqi göstəricisidir. Bu nöqteyi baxımdan:
-Son 30 ildə Azərbaycan tarixi Qarabağ torpaqlarını itirməyə məruz qalmış və Prezident İlham Əliyevin balanslı xarici siyasəti, müasir silahlarla təchiz olunan Ordunun mübarizliyi nəticəsində işğal olunmuş torpaqlar azad edilərək, Azərbaycan xalqının şərəfi, ləyaqəti, milli mənliyi, qüruru özünə güvənci qaytarılaraq, tarixi ədalət bərpa olundu. Bu mənada Nobel mükafatçısı Hind ekonomist filosofu Amatiya Sen “Ədalət ideyası” kitabında yazdığı kimi: “Müharibələri sona yetirən əxlaq nəzəriyyəsi ədalətə nail olmaq deyil, ədalətsizliyin qarşısını almaq üçündür”. Məhz Azərbaycanda da ədalətsizliyin qarşısı alındı.
-Azərbaycanın Prezidenti Vətən müharibəsində prinsipiallıq, qətiyyətli siyasi iradə nümayiş etdirdi, xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi, məqsədəmüvafiq, ardıcıl strategiya yürütdü, yekunda Azərbaycanın işğalda olan tarixi ərazilərinin azad edilməsi üçün 27 sentyabr 2020-ci ildə düşmənə onun əməli ilə cavab atəşləri ilə cavab verdi və hücuma başladı. N.Makiavelli yazdığı kimi: “Düşmənlə iki yolla mübarizə aparmaq olar: birinci qanunlarla, ikincisi güclə”. Azərbaycan Ordusunun hərb meydanında qazandığı uğur üç rayonun - Ağdam, Kəlbəcər və Laçının heç bir döyüş olmadan geri verilməsi ilə nəticələndi. İtki – şəhid vermədən, hərbi əməliyyatsız torpaqların geri qaytarılması dünya hərb tarixi təcrübəsində nadir olan taktiki gedişdir. Bu düşünülmüş və uzaqgörən diplomatik-hərbi strategiyadan qazanılan Zəfərdir.
- Müzəffər və yenilməz milli Ordunun qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdəlik məharəti və vətənsevərliyi ilə vəhdətdə, eləcə də xalq-dövlət Birliyi, ölkə vətəndaşlarının dövlətlə Həmrəyliyi, Türkiyə kimi qüdrətli dövlətin Azərbaycana siyasi və mənəvi dəstəyi Vətən müharibəsində Zəfəri təmin edən həlledici məqamlardır. Zəfər nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Suqovuşan, Şuşa öz əbədi tarixi sahibinin - Azərbaycan xalqının yenidən coğrafi inzibati ərazisinə çevrildi. Nəzər yetirək ki, müharibələrdə ordu üçün hücum etmək əmri kimi, taktiki manevrlər, yəni - geri çəkilmə, yaxud vuruşun dayanma praktikası da mövcuddur. Azərbaycan 2020-ci il 27 sentyabrdan - 44 günlük Vətən müharibəsində bir an da olsun geri çəkilmədi. Burada açıq sual var – Niyə? Ən müqəddəm şərt-ordu-hərbiçilərin məhz öz doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda vuruşması, canlarını belə fəda edərək şəhid və ya qazi olmasındadır.
-Zəfər də bir hədəf də Azərbaycanın XXI əsrin müharibəsini uğurla yekunlaşdırması, inkişaf etmiş ölkələrin belə, Milli Ordunun vuruş taktikasını, bu təcrübəni öz hərb sənətində öyrənməsidir. Siseron vurğuladığı kimi: “Müharibə səhnələri zamanı qanunlar susur”.
-Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan ordusu yüksək hərbi peşəkarlıq, orduda məsuliyyətli nizam-intizam, operativ mobillik, müasir döyüş texnologiyalarına malikliyi və bundan siyasi taktika ilə istifadə etməsi də Zəfərin hədəfləridir.
-Azərbaycan xalqının dövlətə, orduya etibarı, xalq-dövlət birliyi, Vətən-doğma torpaqlar uğrunda vuruşan döyüşçülərin də mənəvi-psixoloji durumuna müsbət təsir göstərdi. Bunun bir göstəricisi də, məhz yaralanan və hətta ağır vəziyyətdə olan hər bir əsgər və zabitin sağalaraq yenidən vuruş bölgəsinə qayıtmağa səy etməsi idi. Bu, vətənsevərlik, doğma torpağına bağlılıq, eyni zamanda dövlət siyasətinə, Ali Baş Komandana olan güvəncdən və Zəfərə inamdan qaynaqlanırdı.
-Ali Baş Komandanın prosesi yüksək peşəkarlıq, operativ çevikliklə idarə etməsi, məqamı yetəndə zəruri müdaxilələri və korrektələri, diplomatik-ideoloji müsahibələri də informasion müharibədə dəqiq hədəflənmiş Zəfərdə uğurdur. Respublikanın bütün ictimai və siyasi təsisatlarının, bütün platformalarda fəaliyyəti işğalçı Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasının məhvinə yönəldilmişdi. Ölkə Prezidenti öz çıxışlarında hər zaman göstərdi ki, Azərbaycan torpaqlarına təcavüz siyasəti işğalçı Ermənistanı bütün regional layihələrdən təcriddə saxlayıb və ermənilər xaricdəki diaspor-lobbi maliyyələşməsi ümidinə qalan tupik monoerməni xalqından ibarət bir dövlətdir. V.Şekspir məntiqi ilə desək: “Müqavimət nə qədər güclü olsa da, qələbə o qədər parlaq və şərəfli olar”.
-Vətən müharibəsində insanlıqdan uzaq erməni qəsbkarları heç bir qayda və əxlaqa sığmaz vasitələrdən istifadə edərək, Azərbaycan xalqına qarşı vəhşiliklər törədib, döyüş gedən ərazilərdən məsafəcə çox uzaqda yerləşən şəhər, kənd və qəsəbələri, yaşayış obyektlərini, mülki dinc əhalini gecə yarısı istifadəsi qadağan edilən silahlar, ballistik raketlər, kasetli bombalar, toplarla atəşə tutdu. Yüzlərlə dinc, mülki əhali həlak oldu, dörd yüzdən çox mülki vətəndaş yaralandı, mindən çox binalar dağıdıldı, infrastruktur obyektləri vəhşicəsinə viran edildi. E.Kant elə bu aspektdən də yazırdı ki: “Müharibə bəşəriyyət qanunlarını alt-üst edən ən böyük bədbəxtliklərdən biridir”.
-Qəddar düşmən işğal etdiyi bütün torpaqlarda 30 ildə yaşayış evləri, infrastrukturun dağıdılması ilə bahəm, tarixi, mədəni, dini abidələrə, təbiətə də çox ziyan vurmuşdur. Təbii ki, işğaldan azad olunan torpaqlar bərpa olunur, qaçqınlar öz yurdlarına geri dönəcəkdir. Dünya da ermənilərin Kəlbəcəri, Laçını tərk edərkən, hətta evləri belə, yandırmasına, meşələri doğramasına, məhv etməsinə şahid oldu. Vandal ermənilər bu barbar cinayət tərkibli hərəkətlərinə görə cavab verəcəklər. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dəymiş ziyan hesablanaraq, beynəlxalq məhkəmələrə təqdim ediləcəkdir. Prezident İlham Əliyev dəfələrlə qeyd etdiyi kimi, düşməndən bu vəhşiliklərin cavabı soruşulacaq və onlar bu cinayətlərə görə cavab verəcəklər.
-Dövlət başçısı günün reallıqlarından çıxış edərək, daha vacib olan müharibə veteranları və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlik məsələlərin həllini həyata keçirərək, müharibənin fəsadlarını aradan qaldırılması, Azərbaycan vətəndaşlarının iqtisadi rifahının normallaşmasına dair tədbirlərə imza atır. Müharibə insan tələfatı, ölüm olmadan, dağıntısız ötüşmür, onun öz qanunları var. Azərbaycan xalqı 30 ildən çox idi ki, faşist xislətli amansız, zalım, nə sülh, nə də hərb qanunlarını saya salmayan, beynəlxalq normalara əməl etməyən, işğalçı düşmənlə - erməni daşnakları ilə siyasi-ideoloji diplomatik mübarizə aparırdı. Bu illərdə “torpaqları zəbt edən” təcavüzkarlar saxta bəyanatlar səsləndirir, “yeni Azərbaycan ərazilərinin işğalına” dair tələblər irəli sürür və özlərini məğlubedilməz ordusu” olan dövlət sanırdılar. Beynəlxalq təşkilatların qərarlarını, qətnamələrini kağız parçası hesab edir, sülh təkliflərini isə əhəmiyyətsiz sayırdılar.
-Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu, əsgər və zabitləri erməni təcavüzkarlarının, onların havadarlarının cavabını verdi. Bu amil ordu və xalqın birliyi, həmrəylik, multikultural vətəndaşlığın bütün dünyaya nümayiş olan hədəfləridir. Bu, haqqın-ədalətin Zəfəri, bu, Prezident, xalq, ordu birliyinin azərbaycançılıq ideologiyası zəminində hədəfləridir. N.Makiavelli deyimi ilə vurğulasaq: “Qalaların ən etibarlısı xalqın rəğbətidir”.
-Zəfər bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycan qəhrəman xalq oldu. Azərbaycan Respublikası dövlət sərhədini bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallığın yaranmasını hədəfləndirdi.
-Sübut olundu ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu və hər məqamı ən incə tərəfinədək hesablayan və diqqətə alan, uzaqgörən diplomatik-strategiya hər hansı zəif düşmən üzərində yox, güclü, hərtərəfli təşkilatlanmış və silahlanmış bir düşmən, eyni zamanda onu himayə edən, ona dəstək verən ikili standartlı qüvvələr üzərində də Zəfər çaldı və doğma torpaqların azad edilməsi hədəfini yerinə yetirdi.
Nəzərə yetirək ki: əvvəla hər rayon, kənd işğaldan xilas olunanda aşkarlanan, 30 ildə tikilən möhkəm istehkamlar, hərbi qənimətlər olaraq əldə edilən hərbi texnika, müxtəlif silahlar göstərdi ki, Azərbaycan Ordusunun önündə illərlə yüksək təşkilatlanmış düşmən hərbi dəstələri var. Bu mənada düşmən qarşı tərəfin maksimum itki verməsi üçün işğal etdiyi torpaqlarda müasir texnologiyalara uyğun müdafiə istehkamları yaradıb, səngərlər tikib və buna isə böyük məbləğdə maddi vəsait işlədilib. Burada E.Zolyanın fikri yada düşür ki: “Müharibə pulu yeyib, üstündən qan içir”.
İkincisi, Ermənistan, ona pulsuz verilən hərbi texnika və silahlar hesabına texniki cəhətdən yüksək dərəcədə təminatlı orduya malik idi. İşğalçı Ermənistan ordusunun zabitləri Fransa, Rusiya, Livan və sair ölkələrdə müasir hərb sənətini öyrənərək və ən yeni hərbi texnologiyaları, yenilikləri sınaqdan keçirmişdilər.
Üçüncüsü, 30 il ərzində mənfur erməni hərbçiləri Azərbaycanda işğal etdikləri ərazilərin inzibati coğrafiyasını yaxından öyrənmiş, orada keçilməz sədli səngərlərdə məskun idilər. Azərbaycan Ordusunun Qarabağı azad edən gənc zabit, gizir və əsgərləri isə demək olar ki, ilk dəfə idi doğma da olsa, bu məkanda vuruşurdu. Lakin azərbaycanlılar öz doğma Vətəni uğrunda vuruşurdu.
Dördüncüsü, gənc zabit və əsgərlər o qədər vətənsevər, əzmli və güclü, ürəklərində doğma Qarabağ torpağını işğaldan azad etmək əzmi elə dərin, güclü idi ki, bu istək önündə heç bir silah-sursat dözə bilmədi. Şuşanın azadlığı uğrunda əlbəyaxa döyüşlərdə erməni əsgər və zabitləri fiziki yöndən elə məhv edildi ki, sanki bu yolla Milli Ordu düşməndən Xocalı soyqırımının qisasını çıxdı.
Vətən müharibəsinin bir önəmli hədəfidə, döyüş səngərindəki uğurların diplomatik-siyasi savaşda paralel aparılmasıdır. 44 günlük müharibədə Dövlət Başçısının prosesi dəqiq peşəkarlıq, operativ çevikliklə idarəçiliyi, zəruri anda müdaxilə və korrektələri diplomatik-siyasi və informasiya mübarizəsində də səlis hədəflənmiş Zəfər yolu idi. Bu məntiqdə də Vətən müharibəsində Azərbaycanın Zəfəri uzun illər ərzində aparılan diplomatik siyasətin nəticəsi, Azərbaycanın ərazi bütövlüyünün həlli ilə bağlı hüquqi-siyasi bazanın yaradılaraq, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırılması hədəfi idi.
-Bəzi beynəlxalq təşkilatlar işğalçının adını səsləndirmir, qəbul edilən sənədlərdə işğalçı Ermənistan dövlətinin adını göstərmir, münaqişədə “tərəflər” deyə yazırdılar. Artıq dünya Azərbaycanın qalib dövlət, Ordunun və xalqın isə qürurlu, məğrur, yenilməz olması reallığının şahidi oldu. Vətən müharibəsində döyüşlərin həm cəbhədə, istehkamlarda, həm də diplomatik informasiya mübarizəsində cəbhəsində aparılması da paralel hədəflər idi.
Bu illər ərzində Ermənistan dünyada həm erməni diaspor lobbisinin, həm də ona dəstək verənlərinin köməyi ilə münaqişə barəsində informasiya vakuumu yaratmağa cəhd edərək, öz yalan siyasətini beynəlxalq ictimaiyyətə aşılamaq üçün saxta tarix düzəldirdi. Vətən müharibəsində informasiya mübarizəsi kimi ən çətin vəzifəni də Prezident İlham Əliyev məharətlə yerinə yetirdi. Dünyanın müxtəlif KİV-lərinə münaqişə haqda həqiqi, real tarixi-siyasi müsahibələr verdi. Ermənistan-Azərbaycan konfliktinin tarixi səbəblərini, hüquqi-siyasi, mənəvi və digər cəhətləri dünya ictimaiyyətinə faktlarla çatdırdı. Ali Baş Komandan Azərbaycanın haqlı mövqeyini əsaslandıraraq izah etdi və sual yaradan məsələlərə aydınlıq gətirərək, gerçəkliyin reallıqları haqda dünya ictimaiyyətini məlumatlandırdı, xalqının milli maraq və mənafeyini müdafiə etdi. Zəfərin vacib hədəflərindən biri də məhz bu amillər idi.
Bir məsələni də qeyd edək ki, Azərbaycanda şəhid ailələri, qazilər, bütövlükdə hərbçilərə qayğı hər zaman diqqətdədir. Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərmişdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsini uca tutur, adlarını əbədiləşdirilir, ailələrinə bütün yaşam yardımları göstərilir, maddi təminat, mənzil-məişət problemləri həlli olunur.
Şəhid ailələri, qazilər hərbçilərə münasibətdə yüksək humanizmlə, onlara olduqca həssas qayğı ilə yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın fəaliyyətində istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi iştirakçılarının problemləri hər zaman xüsusi yerdə olub. Xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında qazilər müasir protezlərlə təmin olunublar. Bu addımlar həm Dövlət Başçısının, həm də Birinci vitse- prezidentin öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının bariz nümunəvi hədəflərindəndir.
-Birinci vitse-prezident xanım Mehriban Əliyeva da bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdıran, beynəlxalq təşkilatlarda ədalətə, haqqa səsləyən çoxsaylı tədbirlər keçirmiş, Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat vermişdir. Belə ki, “Xocalıya ədalət!” kompaniyası, bir çox ölkələr tərəfindən Xocalı soyqırımının tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərənin formalaşmasını da hədəf seçmişdir.
-Azərbaycanın zəfəri güclü ordu-xalq-dövlətçilik və Ulu Öndərin siyasi təməllərini əsas tutan azərbaycançılıq ideologiyası, multikultural həyat tərzini bəyan edən Prezident İlham Əliyevin liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş strateji xəttinin hədəfidir. Bu məntiqin izahıdır ki, əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, artıq Azərbaycan qalib və qürurlu xalq kimi qəbul edilir. Dünya mətbuatı və xalqları Azərbaycanı 21-ci əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq olaraq tanıyır. Bütün bunlar Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsini şərtləndirən ZƏFƏR hədəfləridir.
"Yap.org.az"