24.12.2021, 09:09 - Baxış sayı: 408

“Heydər Əliyev və İlham Əliyev: Sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” adlı kitab nəşr olunub


“Heydər Əliyev və İlham Əliyev: Sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” adlı kitab nəşr olunub Azərbaycanın Vətən müharibəsində qələbəsinin 1-ci ildönümunə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və İlham Əliyev: Sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” adlı kitab nəşr olunub.
Kitabın müəllifləri Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru, dossent, YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Təşkilatının sədri Sənan Həsənovdur.
İctimaiyyat üçün əhəmiyyət kəsb edən kitab hər iki alimin uzun illər apardıqları tədqiqatlarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mislisiz xidmətlərinin təhlili kontekstində onun sovet dövrü fəaliyyətindən müstəqillik illərinə, qayıdışdan xilaskarlığa, xilaskarlıqdan Azərbaycanın qüdrətli gələcəyinə təminat verən və siyasi varisliyin İlham Əliyev mərhələsini əhatə edən sabitlik, inkişaf və qələbənin fəlsəfi-siyasi əsaslarını elmi dövriyyəyə gətirir. Əsərdə qarşıya qoyulmuş problemlərin əhatə dairəsinin genişliyi onun ictimaiyyat üçün aktuallığını sərtləndirir.