22.12.2021, 15:03 - Baxış sayı: 413

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 2021-ci ilin elmi tədqiqat hədəfləri: Cəmiyyətimizin ideoloji tələbatı və “qızıl inqilab” fəlsəfəsinin dərki


Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi
Partiya Təşkilatının sədri


XXI əsrin ilk illərindən ideoloji və texnoloji innovasiyaların cəmiyyətimizə transformasiyası və baş verən yeniliklərin əhatə dairəsi ölkəmizin inkişaf strategiyasında yeni hədəflərin elmi təhlilini zəruri etmişdir. Bu onunla izah olundu ki, yeni sabit dünya nizamının formalaşması ücün Azərbaycan ideoloji, mənəvi, fəlsəfi və sosioloji fikir axını ixrac etməyi uğurla həyata keçirdi. Həmin cağırışlara müəlliflik etmək o zaman baş vermişdir ki, yaşanan ideoloji böhranın nəinki aradan qaldırılmasına əksinə bu səbəbdən dərinləşmiş siyasi hərbi böhranlara və baş verən tənəzzülə hec kim cavabdehlik daşımaq istəmirdi. Sanki böyük güclərin təsiri altında baş verən nə varsa onu sükutla qarşılamaq lazımdır. Təbii ki, burada fəlsəfənin və siyasi təfəkkürün gücünün inkarolunmazlığını və nəyə qadir oldunu da Azərbaycan gündəmə gətirdi. Bu baxımdan Prezident İlham Əliyevin çağırışları ilə birgəyaşayışın fəlsəfi mahiyyətinə, nəzarətsiz zonalardakı acınacaqlı vəziyyətin nəticələrinin müzakirəsinə, ksenefobiyanın və irqi ayrıseçkiliyin qarşısının alınmasına yönələn iradənin ortaya qoyulması, habelə dayanıqlı sülhün əldə olumasına dair konseptual baxışların reallaşması özü yeni elmi cərəyan formalaşdırdı. Prezident İlham Əliyevin bu qlobal problemlərin həllinə dair olan mövqeyi bütün beynəlxalq tribunalarda səslənməklə şəffaf, anlaşıqlı və reallığa verilən qiymət idi. Bir sıra qüvvələrin qərəzli yanaşmasından sonra əksər nəzəriyyəcilər və siyasi liderlər bu baxışların əsl mahiyyətini dərk etməli oldular və elmi əsaslarının öyrənilməsi qənaətinə gəldilər. Biz təkcə Prezident İlham Əliyevin ardıcıl şəkildə verdiyi Fərman və Sərəncamların ölkəmizin daxili inkişafı ücün olan əhatəsi ilə kifayətlənmirik. İndi onların reallaşmasındakı siyasi iradənin gücünü və elmiliyinin beynəlxalq aləm ücün əhəmiyyətinin sübut olunduğunu düşünürük. Bu gün tam əhatəli tədqiqat mövzusudur ki, Vətən müharibəsində qazanılmış parlaq qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illər boyu yürütdüyü uğurlu diplomatik siya­sətin nəticəsində ölkəni “dəmir yumruq” kimi birləşdirib, qələbənin rəhninə çevrilən azərbaycançılıq ideologiyası və ölkənin iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü işlərin planetarlıq miqyası regionumuzun hüdudlarından kənarda belə demək olar ki, yeni bir sabitlik nəzəriyyəsinə cevrilib. Filosoflarımız və siyasi elmlər sahəsində fəaliyyət göstərən alimlərimiz tərəfindən elmi tədqiqata cəlb edilmiş əsərlərin qarşısında günümüzlə səsləşən bu kimi aktual problemlər, hal-hazırda ölkə qarşısında duran gələcək strateji-taktiki məsələlər, işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işlərinin perspektivləri, davamlı inkişaf sahəsində əldə olunmuş nailiyyətlər elmi-fəlsəfi prizmadan təhlil olunacaq yeni tədqiqatlar ücün geniş imkanlar açmışdır. Bu imkanların ən vaciblərindən biri Azərbaycanda Nəsimi (2018) və Nizami ilinin (2021) elan edilməsi ilə dünya mədəni xəzinəsinə xalqımızın verdiyi tövhənin dərki məsələsi kimi reallıq əslində bir cox məqamlara aydınlıq gətirdi. Nəsiminin poeziyası- insana himndir. “Şərq və Qərb mənəvi-mədəni dəyərlərin sintezi” (rus dilində Москва, 2021, 527 s.) kimi əsərin ərsəyə gətirliməsi ilə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Polşa, İngiltərə, Avstriya və Finlandiya filosoflarının XIV-XV əsrlərin görkəmli Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin ideyalarından qaynaqlanan tarixi-mədəni və mənəvi irsi məsələləri, hürufizmin əsl mahiyyətinin dərki və müasir interpreta­siya məsələ­ləri, Nəsimi yaradıcılığında humanizm problemləri, insan və mənəvi dəyərlər sisteminin Nəsimi poeziyasında təsbiti, Nəsimi estetikasında mənəvi kamillik məsələləri alimlərimiz tərəfindən elmi mahiyyəti ilə tədqiq edilərkən Prezident İlham Əliyevin milli xəzinəmizə etdiyi himayədarlığı yaddaşlarımıza həkk etdilər. Yaxud Azərbaycan Respublikasının Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında verdiyi Sərəncam “Nizami irsinin fəlsəfi problemlərini, Heydər Əliyev qiraətləri çərçivəsində “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi”, “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər”, “Dünya mədəniyyətlərində Nizami Gəncəvi fenomeni” kimi mühüm elmi konfrans və müzakirələrin kecirilməsini o cümlədən bu sahədə 2 monoqrafiyanın 40 dan cox elmi və kütləvi nəşrlərdə geniş ictimaiyyata catdırılmasına şərait yaratmışdır. Azərbaycan Prezidentinin “Görkəmli elm xadimi Lütfizadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq cap olunan 3 monoqrafiya “Qeyri-səlis məntiq konsepsiyasının fəza-kontent informasiyanın verilməsində tətbiqi”. “Lambert” nəşriyyatı, Almaniya, 2021, 76 səhifə., “Pandemiya dövründə fəlsəfə və Lütfi Zadənin qeyri-səlis məntiqi”. “Bilgi” nəşriyyatı, Bakı, 2021, 277 səhifə və“Qeyri-səlis məntiq konsepsiyasının elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları”. (“Bilgi” nəşriyyatı, Bakı, 2021, 138 səhifə) kimi fəlsəfi düşüncələrin real həqiqətlərə müraciəti ilə ərsəyə gətirlən ideyalar toplusu dünya elmi qarşısında Azərbaycan həqiqətlərinin nədən ibarət olduğunu və öz mənəvi irsinə sahib cıxmaq kimi tarixi vəzifənin uğurlu həlli demək idi. Açıq etiraf etmək lazımdır ki, belə mütəşəkkil addım Azərbaycan cəmiyyətinin ideoloji tələbatını daha da möhkəmlədib, dünya ictimaiyyatının xalqımızla bağlı yaddaşına isə aydınlıq gətirib.Ona görə də biz bu strategiyada fəlsəfənin ideologiya və mədəniyyətlə qarşılıqlı fəaliyyətinin uğurlu nəticələrini və mənəvi irsin qorunması ücün cox mühüm vasitə olduğunu görürük. Bu onu göstərir ki, Prezident İlham Əliyevin bu məsələlərə həssas yanaşması əslində baş verə biləcək bütün ideoloji hücumları intellektin gücü ilə zərəsizləşdirmək ücün alimlərin məsuliyyətini müəyyən edib. Və ona nail olunub.
Təkcə 2021-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda bir neçə istiqamətdə yerinə yetirilən - Azərbaycan və dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, sosial-psixologiyanın aktual problemləri, məntiq elminin təşəkkülü və inkişafı, fəlsəfənin yeni istiqamətləri, gender, multikulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi problemləri, Azərbaycan beynəxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslər, Heydər Əliyevin siyasi irsinin fəlsəfi təhlili mahiyyət və nəticə etibarı ilə onu göstərir ki, ideoloji və siyasi proseslərin elmi əsaslarının davamlı şəkildə tədqiqinə və onun praktiki baxımdan düzgün tətbiqinə hər zaman ehtiyac vardır. Bunun ücün elmi heyət xüsusilə fəlsəfə sosiologiya və siyasi elmlər daha böyük məsuliyyət hiss etməlidirlər. Bu gün Fəlsəfə və Sosiologiya İnstitutunda 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 138 elmi tədqiqat işinin yerinə yetirilməsi ilə ərsəyə gətirilən 23 monoqrafiya, (o cümlədən 4-ü xaricdə,1-i kollektiv monoqrafiya olmaqla) və 1 elektronalmanax olmaqla, 7 kitab, 1 dərs vəsaiti, 2 proqram, 429 məqalə və konfrans tezisləri,(onlardan 94 məqalə və konfrans tezisləri xaricdə, 8 məqalə impakt faktorlu jurnallarda, 198 məqalə kütləvi informasiya vasitələrində dərc edilmişdir) xaricdə keçirilən konfranslarda 88 məruzənin dinlənilməsi kimi geniş spektrli fəaliyyətin dövlətcilik şüurunun formalaşmasındakı rolunu görməmək mümkün deyildir.
Biz həm də onu düşünürük ki, istənilən cəmiyyətdə xalqla dövlət, siyasi lider arasında birliyin, harmoniyanın nəzəri əsaslarının hazırlanmasında və düzgün müəyyənləşdirilməsində ictimai elmlər sahəsində çalışan alimlərinin rolu cox böyükdür. Bu gün bu istiqamətdə daha cox məsuliyyət də elə alimlərimizin üzərinə düşür. Cünki, Prezident İlham Əliyevin düşüncələrinin praktiki baxımdan tətbiqi və həyata kecirdiyi milli strategiyada təsdiqini tapmış nəticələr əslində nadir şəxsiyyətlərin bacardığı fenomenal fəaliyyət kimi özünü təsdiq edir. Bu fəaliyyətin uzun illərin gərgin, möhkəm siyasi iradənin və milli ruhun nəticəsində mümkünlüyü və bu günkü uğurlu nəticələri bizə təkcə bu günü deyil gəlcək haqqında düşünməyi zəruri edir. Odur ki, bunların elmi əsaslarının dərki prosesi cox vacib və həssas məsələ olaraq zamanında həyata keçirilməlidir. Biz bu istiqamətin aktuallığını elmi müstəvidə hər zaman gündəmə gətirmişik. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Prezident İlham Əliyevin Azərbaycanın inkişafının strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” (Bakı, “Bilgi” nəşriyyatı, 2021,242 s) kollektiv monoqrafiya, Prezident İlham Əliyevin 60 illik yubileyinə və Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin I ildönümünə həsr olunmuş “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi”. (“Bilgi” nəşriyyatı, Bakı, 2021, 230 səhifə). “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” (Bakı, Bilgi, 2021-ci il 250 səh.) adlı tədqiqat işlərinin ərsəyə gətirilməsi ilə filosof, siyasi və sosoloji sahədə calışan alimlərimiz Azərbaycanın iradəsi ilə yaranan yeni reallıqların mahiyyətini müxtəlif rakurslardan elmi tədqiqata cəlb etmişlər. Monoqrafiyalarda elmi cəhətdən əsaslandırılir ki, azərbaycan xalqının bütün sahələrdəki Zəfərin səlnaməsində Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını təşkil edən güclü dövlət ideyaları və onun uğurlu tətbiqi xüsusi rol oynamışdır. Tam əsaslıdır ki, bu istiqamətdə siyasi varislik elmi-fəlsəfi prizmadan təhlil edilərkən Azərbaycan xalqının həyatında Heydər Əliyev və İlham Əliyev fenomenlərinin xarizması tam mənası ilə üzə cıxır.

Elmi biliklərin konseptuallığı və gəlcək hədəflər

Bütün bunlarla yanaşı Fəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət planında aparıcı istiqaməti əhatə edən AMEA ümumi yığıncağının 27 may 2021-ci il tarixli 1.1 nömrəli qərarının 3.5 yarımbəndində işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına, 3.6 yarımbəndində Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edən əsas amillərə elmi tədqiqat planlarında xüsusi yer ayrılmasına və işğaldan azad olunmuş ərazilər də daxil olmaqla Azərbaycanda ekoloji durumun sağlamlaşdırılmasına, 3.31 yarımbəndində ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı həyata keçirilən işlərə elmi dəstək verilməsi istiqamətinə, 3.35. yarımbəndində Azərbaycanın ədəbi, tarixi, mədəni irsinin tədqiqi, Azərbaycan həqiqətlərinin təhrif olunmasına yönəlmiş saxta iddialara qarşı elmi əsaslandırılmış arqumentlərin işlənilməsinə, Azərbaycanda multikulturalizm, dini və milli tolerantlıq kontekstində Azərbaycançılıq ideologiyasının inkişafı istiqamətinə habelə AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli 13/1 nömrəli qərarinin icrasi ilə əlaqədar ordu quruculuğu və informasiya cəmiyyətinin yaradılmasına dair həyata kecirilən tədqiqatlar bilavasitə gələcək hədəflərə catmaq ücün fundamental elmi biliklərin real vasitəyə cevrildiyini təsdiq etmişdir.

Fəlsəfə və Sosiologiya İnstitutu bu gün...

Cənubi Qafqazda liderlik fəsəfəsinin mahiyyətini düşünərkən Prezident İlham Əliyevin sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsindən irəli gələn tezisləri müəyyən etmişdir ki, Azərbaycanın yaratdığı reallıqlar ümummilli gücün ifadəsinin məhsuludur. Bu gücün alternativsizliyi saglam düşünclərin vahid amal uğrunda bundan sonra da birləşməsini tələb edir. Fəlsəfə və Sosiologiya İnstitutunda yaranmış sağlam elmi mühit alimlərimizin potensialını bundan sonra da Prezident İham Əliyevin cağırışları ətrafında səfərbər edəcəyi isbata ehtiyacı olmayan həqiqətlərdir.