24.11.2017, 12:13 - Baxış sayı: 1472

“Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” adlı kitab işıq üzü görüb.


“Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” adlı kitab işıq üzü görüb. AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” adlı kitabı nəşr edilib. Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə həsr olunmuş bu kitabda almanların Cənubi Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşmasından bəhs olunur. Müəllif Azərbaycan multukulturalizmi konteksində mədəniyyətlərin qarşılıqlı təsiri fəlsəfəsindən çıxış edərək milli şüurunun inkişaf məsələlərindən bəhs edir və göstərir ki, hər bir millətin mədəniyyətinin, mənəviyyatının inkişafını mədəniyyətlərin müxtəlifliyi və qarşılıqlı təsirindən kənar təsəvvür etmək olmaz. Yaxın və uzaq qonşuların mədəniyyətlərinə və milli dəyərlərinə münasibət hər bir sivil cəmiyyətin mühüm dəyərlərini təşkil edir və ideyanın təzahürünün bariz şəkildə sübutu müasir alman fəlsəfəsi ədəbiyyatında görmək olar.