Liderlik fenomeni və müharibədən sonrakı dövrün bəzi gerçəklikləri
Annotasiya
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə bir çox cəhətdən Azərbaycan Prezidenti İlham Əliyevin siyasət, ideologiya və iqtisadiyyatdahəyata keçirdiyi xətt ilə bağlıdır. Dövlətbaşçısının müharibə gedişində və ondan sonra verdiyi müsahibələrində bütün bu məsələlər üzrə xüsusi məlumatlar var və onlar təsdiq edir ki, o, nəinki savaş zamanı Azərbaycanın qarşısında duran strateji-taktiki vəzifələri, ölkə, dövlət və xalq qarşısında məsuliyyətini müəyyən edir, hətta artıq müharibədən sonrakı dövrdə onları dəqiqləşdirir.Prezident həm də iqtisadiyyat, ideologiya və geosiyasətin daxili və xarici konteksti arasında əlaqə yaradır, Qarabağın qaytarılmasından sonrakıdövrə aid Cənubi Qafqaz gerçəkliklərini və beynəlxalq aləmdə yaranmış vəziyyəti nəzərə alaraq siyasətdə məqsəd və vəzifələri aydın, dəqiq surətdə müəyyənləşdirir.
Bu məsələlərə yanaşmametodologiyası dövlət başçısının müsahibələrinin məntiqi-fəlsəfi təhlilindən irəli gəlir.Həmin müsahibələr Qarabağ müharibəsi zamanı “Dəmir yumruq” strategiyasının, inkişaf kursunun seçilməsində çox şeyinbizim Liderdən asılı, onun dövlət həyatının bütün sahələri üzrə qəbul etdiyi qərarlarınisə müəyyənləşdirici, bir məqsədə – qələbəyə xidmət edən olduğunu, liderliyin ölkənin qarşısında duran problemləri dərk, izah və həll etmək üçün əsas mərkəz təşkil etdiyini göstərdi.YəniPrezidentin gerçəkləşdirdiyi ideologiya (cəmiyyət mədəniyyətinin zəruri hissəsi) iqtisadiyyat, siyasət və mədəniyyəti bütöv bir tam şəklində birləşdirdi. Görünür ki, həm ölkəmizdə, həm də dünyada baş verən müasir dəyişikliklər şəraitində şəxsi-ideoloji kontekst yenidən aktuallıq kəsb etməyə başlayır.
Giriş
Bu məqalə44-günlük müharibədə Azərbaycanın çaldığı zəfərləvə ondan sonrakı dövrdə təşəkkül tapmış yeni gerçəkliklərlə,bu qələbədə, şübhəsiz, Prezident İlham Əliyevin oynadığı əzəmətli rolun dərk olunması ilə bağlı düşüncələr əsasında yazılmışdır. Aydındır ki, müasir dövrdə müharibədə qələbə qazanmağınçox böyük əhəmiyyəti var, lakin sonuncunun nədən ibarət olduğunu anlamaq üçün onun Qarabağ, Azərbaycan və bütövlükdə Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb olacağını başa düşmək lazımdır. Müharibə sözün fəlsəfi mənasında müharibədən sonrakı gerçəkliklərlə, Qarabağın bərpas edilməsi, kommunikasiyaların açılması və s. ilə qırılmaz surətdə bağlıdır. O da aydındır ki, hazırkı beynəlxalq düzən ABŞ-ın dərin böhran keçirməsi ilə bağlıdır, buna görə də yerlərdə, bölgələrdə nizam və sabitliyə yönəlmiş səylərə, yeni yanaşmalara zərurət vardır. Bütün bunlar Qarabağın Ermənistan işğalının altında olan dövrdə orada yox idi, bizim qələbəmiz isə Avrasiya məkanının ehtiyac duyduğu düzənin qurulmasına da təsir edə biləcək imkan yaradır.Bu məqsədlər üçün Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Gürcüstan və İranın iştirakı ilə 4, 6 ölkə platforması səmərəli ola bilər. Təbii ki, bunlar gələcək xüsusunda sonradan dəqiqiləşdirilməli, təsdiq olunmalı və s.sadəcə, qeyd, tezis,müəyyən fərziyyə və ilkin plan cizgiləridir.Fəqət müasir aləmdə bu cür qələbə və çevrilişlər nadir hallarda baş verir, hərçənd bugünkü siyasətdə bir qanunauyğunluq tam aydınlığı ilə özünü göstərir: demokratiyaların, qloballaşmanın imperiya variantının böhranı ilə yanaşı siyasətdə lider yenidən böyük rol oynamağa başlayb. Hər şeyin hegemon imperiyadan, texno-texnoloji qüdrətdən asılı olduğunun hesab edildiyi uzun illərdən sonraaşkar oldu ki, bütün bunların olması vacibdir, fəqətböyük məqsəd və müvəffəqiyyətlərə çatmaq üçün müvafiq lider və ya liderlər olmadan müəyyən bölgələrdə heç nə alınmayacaq.
Lider: müharibədən yeni gerçəkliklərə doğru
Fikrimizdən bu paraqrafda müharibə dövründə liderin xalq qarşısında daşıdığı məsuliyyətdən bəhs etmək keçmişdi, amma,bizcə, Liderimizin dövlətimizi Cənubi Qafqazda öz konstruktiv rolunu – özü də təkcə bizim üçün deyil – oynamağa qadir olan real qüvvəyə necə çevirdiyi barədə yazmaq daha düzgün olardı. O, müharibədən sonra savaş günlərində bəyan etdiyi fikirləri ilə bağlı olan bir neçə müsahibə verdi, lakin sonuncularda bütün bölgənin gələcəyi ilə də bağlı yeni ideyalar vardır. Biz, bir tərəfdən, işğal olunmuş ərazilərimizi, tarixi torpaqlarımızı qaytarırıq, digər tərəfdən isə təkcə öz tərəqqimiz, kommunikasiyaların açılması, Zəngəzurun, Şuşanın inkişafı barədə deyil, həm də məğlub olanlara münasibət, Cənubi Qafqazda kommunikasiyaların açılması və s. haqda da düşünmürük və artıq bu istiqamətdə çox işlər görülüb: Füzuli Beynəlxalq Hava Limanı və s.Görünür, bölgənin işlərində Türkiyə və Rusiyanın, Gürcüstanın fəal rol oynaması, Ermənistan və İranın bu barədə götür-qoy etməsi səbəbsiz deyil. Əlbəttə, Cənubi Qafqazın taleyi təkcə Azərbaycandan asılı deyil, lakin o da aydındır ki, məsuliyyətinəsas ağırlığı Prezidentimizin, Azərbaycanın və yalnız bundan sonra bu və ya digər dərəcədə digər dövlətlərin üzərinə düşür. Onların arasında bəzilərinə böyük hörmətimiz var, bəzilərinə isə bir o qədər də yox, amma qələbə Azərbaycanda əldə edilibvə artıq yalnız bizdə deyil, başqa ölkələrdə də müsbət dəyişikliklərə təkan verib.
44-günlük müharibədə Azərbaycan sübut etdi ki, qüvvələrini “Dəmir yumruq”da birləşdirməyə, strategiya hazırlamağa, Şuşanı almağı bacaran müasir ordu qurmağa, kosmik rabitəni inkişaf etdirməyə, modern tipli iqtisadiyyat yaratmağa, informasiya müharibəsində iştirak və çox təcrübəli bir düşməni məğlub etməyə qadirdir.Buzəfərin çalınmasında Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını təşkil edən və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi güclü dövlət ideyaları xüsusi rol oynadı. Bu vərəsəlik, ardıcıllıq məhz multikulturalizm siyasətini, ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasəti, əməkdaşlığa yönəlmiş sabit kursu və dəstəyinin müharibə dövründə böyük fayda verdiyi və ondan sonrakı dövrdə də vərəcəyi müasir informasiya texnologiyalarının inkişafını ehtiva edirdi.Onun təkcə Qarabağda “ağıllı şəhər və kənd” salmaq ideyasına diqqət yetirək. Bütün bu məsələlərdə Prezidentimizin strateji düşüncəsi, dünyagörüşü və dühası, savaşın əvvəli, gedişi və başa çatdırılmasında,həmçinin gələcəklə bağlı planlarında müdrik taktikası, iradəsi, səbri, dözümlülüyü və məharəti özünü bariz şəkildə göstərmişdir. O, başa düşürdü ki, müharibəyə biz başlamamalıyıq, amma düşmənin zərbəsinə əkshəmlə ilə cavab verə bilərik. Biz beynəlxalq münasibətlərdə Cənubi Qafqazao qədər də çox əhəmiyyət verilmədiyi, Ermənistanın yenə də cəzasız qalacağına həddindən artıq arxayın olaraq bizi bir neçə dəfə təxribata sövq etdiyizaman yaranmış münasib məqamdan istifadə edəbildik. Əvvəllər Ermənistanı, bir qayda olaraq, hətta çox vaxt qeyd-şərtsiz dəstəkləyənRusiya daha təmkinli siyasət yürütməyə başladı.
Təbiidir ki, həm müharibə dövründə, həm də ondan sonra bir çoxları bunun necə mümkün olduğu barədə düşünürdülər. Biz isə bunun cavabını bilirik, çünki Liderimiz öz siyasətini bütün müasir gerçəklikləri, geosiyasi qüvvələrin nisbətini və başqa cəhətlərini nəzərə alaraq, bir çox ölkələrlə əlaqələrin genişləndirilməsi ilə, xarici siyasətdə qərəzli fikirlərin olmaması və eyni zamanda Heydər Əliyevin “Bir millət– iki dövlət” tezisinin və kursunun həyata keçirilməsi ilə birlikdə yürüdürdü.Bəzi müasir liderlər çox vaxt elitanın maraqlarını güdürlər: indi elitadan çox şey asılıdır, bununla mübahisə etməyək. Amma Prezidentin müharibə dövründə və ondan sonra verdiyi müsahibələr, işğaldan azad edilmiş ərazilərdə etdiyi çıxışlar göstərir ki, onun siyasəti xalqın tarixi və bu günü ilə, xalqın inkişafı, müasirləşməsi və rifahının təmin olunması amalı ilə qırılmaz şəkildə bağlıdır.
İlham Əliyevin münaqişənin ədalətli həllinin zəruriliyi, 2020-ci il sentyabrın 27-dək mövcud olan vəziyyətin insafsızlığı, keçmişdən gələn haqsızlıq barədə ideyaları onun gördüyü işlərdə tədbirlərdə, xarici siyasət sahəsindəki fəaliyyətində, başqa ölkələrin liderləri ilə görüşlərində öz əksini tapıb. Onun çıxışlarında biz müasir müharibədə necə qalib gəlmək lazım olduğu, ən yeni silahların tətbiqi, yenilməzlik və dəyərlər, qəhrəmanlara münasibət, Vətənə ülvi məhəbbət və s. haqqında suallara cavab tapırıq. Bu məsələlər üzərində düşünərək, Prezident, müsahibin, adətən, jurnalistin məntiqinə riayət etdiyinə alışmış Qərb müxbirlərinin ona verdikləri, onların fikrincə, ən çətin sualları da cavablandırır.Lakin cənab İlham Əliyev onlara – “Figaro”dan, BBC-dən və s. olan jurnalistə – qarşı öz həqiqətini, məntiqini, mövqeyiniortaya qoyur. Belə ki, “Fiqaro”nun jurnalistinin “Siz niyə Dağlıq Qarabağa hərbi hücum etmisiniz və bunun siyasi məqsədləri nədir?” sualına Prezidentimiz açıq şəkildə sentyabrın 27-də bizim Dağlıq Qarabağa hücuma keçmədiyimizi, Ermənistanın Azərbaycana hücum etdiyini bildirir və bunun Ermənistanın Azərbaycana qarşı üçüncü hərbi təxribatı olduğunu vurğulayır.BBC telekanalına müsahibəsində isə o, aparıcının onun ermənilərə münasibəti ilə bağlı sualına bildirir ki, “... Xahiş edirəm, mənim bəyanatlarıma düzgün yanaşın... Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Dağlıq Qarabağın “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum... Mən erməni xalqını yox, onları nəzərdə tuturdum”(1).Əslində, dövlət başçımız düşmənin Azərbaycan ərazisini qəsb etdiyini, uzun illər işğal altında saxladığını və geri qaytarmaq istəmədiyini, son illərdə isə onları sövdələşmə üçün tutduğunu, xeyli əvvəlisə Zəngəzur və İrəvanın əlimizdən alındığını belə etiraf etmədiyini sübut edərək onları susdurur.Keçmişdə olduğu kimi,indi də ən çətini müharibənin XX əsrin 90-cı illərində bir çox ölkə KİV-lərinin dəstəyindən istifadə edərək məhz Ermənistanın başladığını sübut etməkdir, lakin bu gün biz və ilk növbədə, Prezidentimiz informasiya blokadasını yardı. Azərbaycanın dünya mediası ilə sıx əlaqələri vardır, bir çox dövlətlər onun tərəfini saxlayır, onların arasında Türkiyə, Pakistan və İsrailin dəstəyini qeyd etməmək olmaz.Fəqət Rusiyanın apardığı siyasətdə bir çox şey dəyişib və aydındır ki, dəyişikliklər həm də İlham Əliyevin kommunikasiyaların inkişafı və açılmasına, qonşu dövlətlərin maraqlarını nəzərə alınmasına yönəlmiş kursu ilə bağlıdır. Əlbəttə, kimlərsə bunu görmür, amma Azərbaycan Prezidentinin təklif etdiyi Cənubi Qafqazın inkişafın müqavimətdən və başqalarının irəliləməsinin qarşısını alan maneələrdən üstün olduğunu təmin edən yeni geostrateji tərəqqi vektorunun bir çox ölkələr tərəfindən yüksək qiymətləndirildiyini başa düşmək üçün bunu anlamaq lazımdır.
Görünür, müasir rejim, ideologiya və dövlətlərin müxtəlifliyi müəyyən dərəcədə siyasət aləminin mürəkkəbləşməsini, müxtəlif mədəniyyətlərlə əlaqələrin qurulması zərurətini şərtləndirir. Azərbaycan mədəniyyətlərin qarşılıqlı əlaqəsi və müxtəlifliyinə açıqdır, burada həmişə müxtəlif din və etnosların nümayəndələri yaşayıblar.Qeyd etməyinə dəyər ki, vaxtilə neftimiz İkinci Dünya Müharibəsi illərində faşizmi məğlub etməyə kömək edib, indi isə biz neft və qazımızı Gürcüstandan keçməklə Avropaya ixrac edirik,bundan başqa, İkinci Qarabağ müharibəsindəkiqələbəmizdən sonra yaranmış indiki şəraitdə biz Ermənistanla yeni münasibətlərə hazırıq.
Əlbəttə, Ermənistanda həqiqəti keçmiş qüdrət haqqındakı əfsanələrdə axtaranlar, yalnız qisas haqqında düşünənlər az deyil . Onlar başa düşmək istəmirlər ki, tarixdə tarixi həqiqət çox vaxt toqquşmalara, “tarix və yaddaş müharibələri”nə, dezinteqrasiyaya, sərhədlərin daim yenidən çəkilməsinə və qarşıdurmalara gətirib çıxarır.Onların Qarabağın başına gətirdikləri müsibətlərdən – əraziləri xarabalıqlara çevirdiklərindən, onları minaladıqlarından və s.– indi bütün dünyanın xəbəri var. İndi isə sülh müqaviləsi imzalamaq, əraziləri minalardan təmizləmək və s. lazımdır və bu gün qalib məhz bununla məşğuldur, sonra bütün kommunikasiyalaraçılmalıdır, bu isə bütün regionun inkişafı deməkdir. Həqiqət bunları həyata keçirənin tərəfindədir. Və həqiqətən də, tarixi dərk etməkə qoy tarixçilər məşğul olsun, bu və ya digər ərazinin kimə və nə vaxt mənsub olduğunu müəyyən etsinlər, lakin başa düşmək gərəkdir ki, bu iş nə qədər vacib olsa da beynəlxalq hüquqa, ərazilərin çiçəklənməsiтэ və xalqların tərəqqisinəhörmətlə yanaşmağın əhəmiyyəti bundan heç də az deyil. Amma bir baxın, görün, Ermənistan Qarabağın minalanmasına nə qədər vəsait xərcləyib. Birinci Qarabağ müharibəsindən sonra Qarabağ çölə çevrildi, təkcə Qarabağdan deyil, Ermənistandan da əhali köçməyə başladı, orada komminkasiyalar dağıldı, ümidsizlik hökm sürdü. Fəqət İkinci Qarabağ müharibəsindən sonra cəmi bir il ərzində kommunikasiyaların açılması, sülh müqaviləsinin hazırlanması, ərazilərin minalardan təmizlənməsi üzrə işlər başlandı. Sülh müqaviləsininhazırlanması, Azərbaycan, Türkiyə və Rusiyanın Ermənistanla sərhədlərinin açılması çox aktual məsələlərdir, perspektivlər isə daha da geniş və əhatəlidir. Etiraf edək ki, bütün bunların əsasında Azərbaycan Prezidentinin fəaliyyəti, strategiyası, möhkəm iradəsivə əzmi durur.
Hərbi və posthərbi ideologiya haqqında
Bizcə, müvafiq ideologiya olmadan müharibədə qalib gəlmək mümkün deyil. Hibrid müharibələrin sayı artıb, ona görə də, fikrimizcə, ideologiyalar yenidən aktuallıq qazanmağa başlayıb. Aydındır ki, onlar hər bir cəmiyyət üçün əhəmiyyət kəsb edir, fəqət bunu heç də hamı etiraf etmir. İdeologiyalar cürbəcür olur. Onlara verilən təriflərin sayı çoxdur, düşünürük ki, bu, ilk növbədə, təsirdir (daha doğrusu, xüsusi təsir formasıdır, çünki nəticə etibarilə, ideologiyanın məqsədi normativ düşüncə vasitəsilə cəmiyyətdə dəyişikliklərə təsir göstərməkdir). Biz bir çox məqalə və kitablarımızda bu barədə yazmışıq (2). Müharibə yalnız ideologiya nəzəriyyəsini deyil, həm də ideoloji praktikanı, Azərbaycan vətəndaşlarının bir cəmiyyət kimi öz birləşdirici dəyərlərini, məqsəd və maraqlarını necə dərk etdiklərini, öz dövlətlərinə necə münasibət bəslədiklərini sınaqdan keçirdi. Bütün bu məqamlar Prezidentin şəxsiyyətində cəmlənib. Sosial medianın kontent təhlilinin göstərdiyi kimi, xalq məhz onu qələbənin banisi hesab edir. Hərçəndaydındır ki, bir çox şey ordumuzun qüdrətindən, müttəfiqlərimizin böyük dəstək verməsindən, Avrasiya geosiyasi məkanında yaranmış əlverişli vəziyyətdən və s.asılı idi.
Əlbəttə, birinci Qarabağ müharibəsindəki məğlubiyyətin bir çox səbəbləri vardı, lakin onlardan biri bizdə birliyin olmaması idi. İndi isə biz qələbə qazandıq, bu isə o deməkdir ki, Qarabağın kimə məxsus olması məsələsində biz birik, həmrəyik. Fəqət ideologiya təkcə hüquq məsələlərində, yəni ərazi toxunulmazlığı məsələsində birlik, liderə, milli geştalta (bütöv obraza), dövlətə inam deyil, həm də cəmiyyət, tarix və mədəniyyət haqında müəyyən biliklər, elitaların, sadə insanların baxışları və fəaliyyətində öz əksini tapmalı olan və həm də müvafiq mənəvi şəraitə təsir göstərən intellektual kapitaldır. Görünür, bu, ideologiyanın daxili aspekti, müharibədə vuruşmuş gənclərin tərbiyəsinə təsir göstərmiş, amma bütün gənc nəslin təhsil və tərbiyəsinin əsasını təşkil etmiş əxlaqi konseptdir. Bizim çoxlu müharibə qəhrəmanlarımız var, fəqət onlar ona görə vardır ki, gənclərimiz Vətənə məhəbbət ruhundda tərbiyə olunub. Sosioloji sorğular, müharibə dövrünün sosial mediasının təhlili bizim hamımızınbir nəfər kimi Qarabağ uğrunda mübarizədə bir olduğumuzu hər şeydən yaxşı göstərirdi.Ölkəmizdə bir çox konfessiya və etnosların nümayəndələri yaşayır, lakin onların hamısı əmindirlər ki, Azərbaycan və Qarabağ birdir, vəhdət təşkil edir. Bu, böyük ideoloji və mədəni nailiyyət və zəngin dəyərdir. Onu qorumaq, genişləndirmək, yaymaq gərəkdir, yaxın hərbi keçmişimizin tarixi qorunub saxlanmalıdır.
Bu gün biz müharibədən sonrakı dövrü yaşayırıq. Və düşünürük ki, onun keçmişlə bağlı olan, lakin yalnız onunla məhdudlaşmayan xüsusiyyət, məqsəd və dəyərləri vardır. İdeologiyalar da inkişaf edir, dəyişir, buna hazır olmaq gərəkdir. Bir tərəfdən, qəhrəmanlarımzın nailiyyətlərinəehtiramla yanaşmalı və bu sahədə dövlət və cəmiyyətimiz çox işlər görülür, digər tərəfdən isə ölkəmizin müasirləşdirilməsi, IV texnoloji inqilabın, süni intellektin verdiyi imkanlardan faydalanmaq barədə düşünmək lazımdır. “Ağıllı şəhər və kənd”lərin salınması planları təkcə Qarabağa aid deyil. Multikulturalizm bizim ideologiyamızın dayaqlarından biridir və onu inkişaf etdirmək, onun qələbədən sonrakı mahiyyəti barədə düşünməliyik. Bilməliyik ki, ideologiya yalnız inam, tarix, mədəniyyət deyil, həm də bilikdir, yəni sosial sistem, idarəetmə orqanları və s. islah edilməlidir.
İdeologiyanı bu cür başa düşməyimiz bizi əhatə edənlərə də və hər şeydən əvvəl,rəqibimizə təsir göstərməyə imkan verəcək. Onlar bu günə hələ də keçmişin prizmasından baxırlar, onların ideologiyaları arxaikdir və qisasçılıq siyasətini qidalandırır. Onları fikirlərindən daşındırmaq çətin məsələdir, fəqət biz onu həll etməliyik, çünki onlar bizim qonşumuzdur,qonşunu isə seçmirlər. Buna görə də Prezidentimiz öz çıxışlarında daim vurğulayır ki, kommunikasiyalar açılmalı, sülh sazişi imzalanmalıdır və s.
Əlbəttə, biz bir-birimizi digərlərindən daha yaxşı başa düşürük. İdeologiya bizi vahid bir tam olaraq birləşdirir, lakin, bununla belə, biz hətta özümüzü belə tam qavramırıq. Elə ixtisaslar, xasiyyət tipləri vardır ki, onları dərin elmi biliklərə söykənmədən anlamaq olmur. Eyni ilə, sosial elmlər, fəlsəfə, sosial psixologiya, tarix elmi olmadan öz dünyamızı, qonşularımızı, müttəfiqlərimizi, düşmənlərimizi sona qədər dərk etmək mümkün deyil. Ona görə də öz həyatımızın, mədəniyyətimizin bəşəriyyətin həyatı ilə, başqa cəmiyyət və mədəniyyətlərlə müəyyən dərəcədə qovuşması zəruridir.
Həmin səbəblərə görə də ideologiya təkcə daxili deyil, həm də xarici kontekstə malikdir. Belə ki, məsələn, F.Fukuyamanın fikrincə, ABŞ-ın vəziyyətində onun üçün əsl çağırış ölkə daxilində siyasi qütbləşmə, nəhəng bərabərsizlik və iki özünüdərkin mədəni savaşından ibarətdir (3). Bizcə, bu iki sahə bir-biri ilə sıx bağlıdır. Aləmi dərk etməyimizin xarakterindən, adekvatlığından tərəqqimiz, müharibədən sonrakı həyat, düzən, əmin-amanlıq – özü də təkcə Azərbaycanda deyil, həm də Cənubi Qafqazda, Avrasiya məkanında, türk dünyasında və s. (4) – asılıdır. Yeni nizam əvvəlcə ideologiyada, insanların şüurunda və siyasətçilərin, alimlərin əsərlərində yaranır, buna görə də Azərbaycan indi Qafqazda sülh, düzən, asayiş anlamına öz töhfəsini verə bilər. Bu imkanı ona çaldığı zəfər verib və bundan istifadə etmək lazımdır.
Avrasiyanın gələcəyinin yeni nizamı və konturları
Hələ də beynəxalq aləmdə üstün yer tutan ABŞ-ın Əfqanıstandakı uğursuzluğu, oriyentirlərinin dəyişməsi bir daha yeni beynəlxalq nizam problemlərinə diqqət verməyə məcbur edir. Amerika alimlərinin, məsələn, həmin F.Fukuyamanın, Çin, Rusiya, Türkiyəekspertlərininbu barədə yazıları vardır. Tanınmış amerikalı analitik Tom Engelhard (Tom Engelhardt) qeyd edir ki, İraq və Əfqanıstanda iyirmi illik müharibə ABŞ imperiyasını müflis etdi (5). Prinsipcə, əsərlərimizdə proqnozlaşdırma problemləri və beynəlxalq nizamın fəlsəfi kontekstini təhlil edərkən biz bu məsələni nəzərdən keçirmişik. Qarabağ müharibəsindəki qələbədən sonra Cənubi Qafqazda gözlənilən dəyişikliklərlə əlaqədar bu məsələnin bizim üçün aktuallığı daha da artıb. Həmin proseslərdə Çinin “Yeni İpək Yolu” siyasəti xüsusi rol oynayır. Əlbəttə, böyük dövlətlərlə əlaqələri inkişaf etdirmək üçün Avrasiya bölgəsi ölkələri birgə siyasət yürütməlidir (6). Bu fikri möhtərəm Prezidentimiz müharibədən sonrakı müsahibələrində xüsusilə vurğulayır (7).
Bir çox analitikvə alimlər etiraf edirlər ki, birqütblü dünya sonuna yaxınlaşır və ya hətta artıq başa catıb. Aydındır ki, bir çox şeyi ABŞ, Çin və Rusiya arasındakı münasibətlər müəyyən edəcək, amma yalnız onlar yox. Bizim üçün Türkiyə və ümumiyyətlə türk dünyasının hansı rol oynayacağı, ABŞ, Rusiya, Çin və s. ilə münasibətlərinin necə olacağı əhəmiyyət kəsb edir. Bu məsələ ayrıca böyük tədqiqatın aparılmasını tələb edir, onun həm də ideoloji konteksti vardır.
Bu kontekstdə onu da qeyd edək ki, S.Hantinqton “Sivilizasiyaların toqquşması” əsərində böyük universal sivilizasiyaların çarpışmasından bəhs və onların yuxarıdan bərqərar olunmasından çıxış edirdi, lakin o, nəzərə almırdı ki, onlar mədəniyyətlər tərəfindən formalaşdırılır, onların əsasında mədəniyyətlərin qarşılıqlı təsiri durur. Bu gün isə biz etnik cəhətdən yaxın mədəniyyətlərin – şübhəsiz, Azərbaycan və Türkiyənin mədəniyyətləri bu cürdür– qarşılıqlı təsirindən, sivilizasiyaların tədricən, tarixən təşəkkül tapmasından, onların hər birinin öz yolunun olmasından danışa bilərik. Fəqət müasirlik sivilizasiyaların qarşılıqlı münasibətlərinə yeni cəhətlər əlavə edir, onların əsasındayalnız etnik deyil, həm də mədəni qarşılıqlı təsir yerləşə bilər (8, səh. 36).
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında son zamanlar yaranmış yeni münasibətlər həm qələbəmizin əldə edilməsində müsbət rol oynamış,həm də Avrasiya məkanında sülhün bərqərar olunması ilə bağlı yeni gözləntilər yaratmışdır. Bu, mürəkkəb, bir çox ziddiyyətlərəmalik prosesdir. Görünür, həmin dəyişikliklər Rusiya və Türkiyənin beynəlxalq nizama yeni baxışı, ABŞ və Çin arasında yeni Avrasiya gerçəkliyinin yaradılması cəhdi ilə bağlıdır. Qələbə çalmağımız, kommunikasiyaların açılması, Orta Asiyada təzə vəziyyət yaranması – bütün bunlar yeni nizamın formalaşması mərhələləridir.Bizim kimi, Rusiya, Türkiyə, Pakistan da bunda maraqlıdır, zira bu, həmin ölkələrə çox böyük dövlətlərin təsirini tarazlaşdıraraq öz mənafeyini qorumağa imkan verir. Lakin arzuladığımız düzən ancaq yenicə formalaşmağa başladığındanonda bölgə və sub-bölgələrin, böyük regional dövlət və onların ittifaqlarının yeri və rolunun necə olacağını ancaq güman etmək, proqnozlaşdırmaq, ehtimalını hesablamaq olar. Bu mənada ideologiyanın həm xarici, həm də daxili kontekstinə, onların əlaqələrinədiqqət yetirilməsi son dərəcə önəm kəsb edir.
Və nəhayət, induiki halda biz bir məqalədə liderlik fenomeni və ideologiya problemlərini bütünlüklə həll etməyə cəhd etmirik. Biz Cənubi Qafqazın ideologiyası və geosiyasətinə, bizdə müharibədən sonrakı dövr ideologiyasına, kommunikasiyaların açılmasına, qaytardığımız ərazilərin yenidən qurulmasında IV texnoloji inqilab nailiyyətlərindən istifadə edilməsinə, bu proseslərə kimin və necə münasibət bəslədiyi, mane olduğu barədə düşüncələrə, Prezidentimizin ölkədə, Cənubi Qafqazda həyata keçirdiyi böyük siyasətin dərkinə yeni yanaşmaların təşəkkülündə liderlik fenomeninin müasir kontekstlərini müəyyən etməyə çalışmışıq.
Ədəbiyyat
1. Уроки дипломатии длиною в 44 дня, Баку, «Elm və təhsil», 2021, с.187, с. 263 – Diplomatiya dərsləri, 44 gün, Bakı, “Elm və təhsil”, 2021, s.187, s. 263.
2. Ильхам Мамедзаде Философия о современности, истории и культуре, Баку”Elm və təhsil”, c.75.–İlham Məmmədzadə.FəlsəfəMüasirlik, tarix və mədəniyyət haqqında, Bakı “Elm və təhsil”, səh.75.
3. «Economist» (GB.) 19.08.2021.
4. Azərbaycanın strateji hədəfləri və cənubi qafqazda yeni reallıqlar, Bakı “Bilgi”. 2021.
5. «TheNation” (USA) 01.08. 2021.
6. Философия взаимодействия культур и новый «Шелковый путь», АМЕА, Bakı, 2020–Mədəni qarşılıqlı əlaqə fəlsəfəsi və yeni “İpək Yolu”, AMEA, Bakı, 2020.
7. «La repubblica» (Ita.) 7.10.2021
8. Мамедзаде И.Р., Махаматов Т.М. От религиозно-этнической цивилизации к глобальной: цивилизация тюрко-мусульманского мира//Век глобализации Исследование современных глобальных процессов № 4, 2020, с.36-46. - Məmmədzadə İ.R., Məhəmətov T.M. Dini-etnik sivilizasiyadan qlobal sivilizasiyaya: türk-müsəlman dünyasının sivilizasiyası // Qloballaşma əsri Müasir qlobal proseslərin tədqiqi, № 4, 2020, səh. 36-46.
İlham Məmmədzadə
Fəlsəfə elmləri doktoru, professor