12.11.2021, 14:40 - Baxış sayı: 366

Kəşfiyyatçı mayor Azər Mikayılovun anım mərasimi keçirilib


Kəşfiyyatçı mayor Azər Mikayılovun anım mərasimi keçirilib11.11.2021 ci il tarixdə Abşeron Mədəniyyət Sarayında kəşfiyyatçı mayor Azər Mikayılovun anım mərasimi keçirilib. Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutnun əməkdaşı f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov çıxış edib. Qazanılan zəfərin əhəmiyyətindən danışan Məhəmməd Cəbrayılov milli özünüdərk məsələsinə şəhidlik nümunəsinin bir dəyər kimi təsiri məsələsinə toxunub. Zəfərin əhəmiyyətindən danışan alim qeyd edib ki, Trafalqar zəfəri ingilislər üçün hansı əhəmiyyətə malikdirsə, Çanaqqala zəfər Anadolu türkləri üçün hansı məna kəsb edirsə Qarabağ zəfəri azərbaycanlılar üçün o əhəmiyyətə malikdir.
Məhəmməd Cəbrayılov İnstitut rəhbərliyi və çoxsaylı əməkdaşlar adından zəfərin əldə olunmasında vətən üçün qəhrəman yetişdirən şəhidin valideyinlərinə təşəkkürünü çatdırıb.
Kəşfiyyatçı mayor Azər Mikayılovun anım mərasimi keçirilib