08.11.2021, 11:54 - Baxış sayı: 441

Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələri inkişaf edir


Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələri inkişaf edirNoyabrın 4-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutunun elmi işçisi, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, doktor Məhəmməd Asif Nur ilə görüş keçirilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq onu burada görməkdən məmnun olduqlarını qeyd edib. İnstitutun elmi fəaliyyəti ilə qonağa geniş məlumat verən İ.Məmmədzadə rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti barədə danışıb.
Görüşdə İlham Məmmədzadə Pakistanla Azərbaycanın qardaşlıq münasibətlərinə toxunaraq Vətən muharəbisində verdiyi mənəvi dəstəyə görə təşəkkürünü bildirdi.
Gələcəkdə elmi-mədəni əlaqələrin daha da genişlənməyindən danışan professor Beynəlxalq Fəlsəfə günündə (Nizami Gəncəvinin fəlsəfi irsinə həsr olunmüş konfransda Türkiyə, Almaniya, İtaliya, Fransa, Əlcəzair, Bolgariya, Rusiya və s.ölkələrlə yanaşı Pakistan alimlərinin iştrak etməsini arzu etdi.
Qonaqpərvərlik üçün minnətdarlığını bildirən Asif Nur bundan sonra da birgə elmi əlaqələrini daha da inkişf etdirəcəyini bildirdi.
Qeyd edək ki, bu ilin əvvəlində iki qurum arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum imzalanmışdır. O vaxtdan bəri pakistanlı alimlərlə dəfələrlə birgə konfranslar keçirilib, onlardan birində BAN-ın alimləri də iştirak ediblər. Birləşmiş Millətlər Təşkilatının 75-ci illiyi münasibətilə nüfuzlu «Diplomatic Insight» jurnalının xüsusi buraxılışında F.və C.institutunun alimlırinin məgalələri çap edilmişdir.
Agreement-Signed-Azerbaijan.pdf [3,37 Mb] (Yüklənib: 3)