30.10.2021, 10:25 - Baxış sayı: 457

“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib


“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib29 oktyabr 2021-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Qazaxstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna, həmçinin elmi seminara onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut iştirak etmişlər.
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilibKonfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Vətən müharibəsində əldə olunmuş qələbənin bir illiyi - Zəfər günü münasibəti ilə bağlı konfrans iştiakçılarını təbrik edib. Akademik çıxışı zamanı bildirdi ki, Azərbaycan Ordusu böyük vətənpərvərlik hissi ilə yalnız bir əlində Azərbaycan bayrağı, digər əlində silah tutaraq qələbəyə doğru əvəzolunmaz cəsarətlə torpaqlarımızı azad etmişdir. Bu, təkcə silah gücü ilə yox, eyni zamanda müasir döyüş texnikasından, onun intellektual xüsusiyyətlərindən məharətlə istifadə etmək nəticəsində əldə edilmişdir – deyə İsa Həbibəyli vurğulayıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun bu sahədə gördüyü işlərə diqqət çəkən İsa Həbibbəyli bildirib ki, institutun bu sahədə çalışmaları tədqir edilməlidir. Çıxışın sonunda bir daha konfransın mahiyyətinə toxunan akademik konfrasın işinə uğurlar azulayıb.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə Zəfər gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini qeyd edib. Həmçinin Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Zəfər günü ilə müqayisəli təhlilini aparıb.
Professor, dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bugünün deyil, mövcud həqiqətlərin fəlsəfi izahını verib. Qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir - deyə, İlham Məmmədzadə bildirib.
Konfransda Qazaxstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna, həmçinin konfransa onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut çıxış etmişlər.
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilibSonra AMEA Fəlsfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Xalqımızın qəhrəmanlıq və qələbə əzmi Vətən müharibəsinin sınağında”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Azərbaycan bölgədə sülh təminatçısı olaraq”, f.e.d. Füzuli Qurbanov “Yeni liderlik və regional geosiyasət: Zəfər fəlsəfəsi aspektində”, s.e.f.ü.d., dosent Sənan Həsənov “Regional təhlükəsizlikdə partnyorluq və strateji tərəfdaşlıq” və institutun "Sosiologiya" şöbəsinin elmi işçisi Humay İsayeva «Карабахская победа – как мотивация в воспитании патриотического духа азербайджанской молодёжи» mövzularında çıxış edərək Cənubi Qafqazda postmuharibə dövrünün reallıqları, siyasi lider amilinin dünya nizamında rolu və Azərbaycanın regiona gətirdiyi geosiyasi reallıqların fəlsəfəsinə toxundular.
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib
“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib