29.10.2021, 10:38 - Baxış sayı: 441

“Virtual laboratoriya, süni intellekt və fəlsəfə” mövzusunda elmi seminar keçirilib


“Virtual laboratoriya, süni intellekt və fəlsəfə” mövzusunda elmi seminar keçirilibOktyabrın 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Süni intellekt, virtual laboratoriyalar və fəlsəfə” mövzusunda elmi seminar keçrilmişdir. Elmi seminarda Qazaxstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna, həmçinin elmi seminara onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut iştirak etmişlər.
Fəlsəfə və Sosiolgiya institutunun direktoru, f.e.dş, prof. İlham Məmmədzadə məruzə ilə çıxış etmişdir. İ.Məmmədzadə Fəlsəfə və Sosiologiya İnstitutunda virtual laboratoriyanın təşkili və süni intellektin fəlsəfi kontesktdə öyrənilməsi istiqamətlərində irəli sürülən ideyaların üzərində geniş dayanmışdır. Vurğulamışdır ki, virtual laboratoriya ideyası ilk mərhələdə öz səmərəsini verməkdədir. İnstitutun təşkil etdiyi virtual laboratoriyada bir neçə ölkənin filosofları iştirak etmişdir və bununla bağlı bir kitab hazırlanmışdır. Biz bu istiqamətdə işlərimizi davam etdirmək fikrindəyik.
“Virtual laboratoriya, süni intellekt və fəlsəfə” mövzusunda elmi seminar keçirilibİnstitutda süni intellektin fəlsəfi tədqiqi ilə bağlı da geniş fəaliyyət göstərilir. Bu mövzuda br neçə elmi seminar təşkil edilib, monoqrafiya hazırlanıb. Bir sıra xarici ölkə alimləri ilə də fikir mübadiləsi aparılıb. Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində süni intellektin bundan sonra da fəlsəfi araşdırılması davam edəcəkdir.
Professor İlham Məmmədzadə vurğuladığı tədqiqat istiqamətləri aspektində fəlsəfi tədqiqatların bundan sonra hansı yöndə davam etdirilməli olduğu ilə bağlı fikirlərini geniş şəkildə ifadə etmişdir. Məruzəçi dünya fəlsəfsi fikrində mövcud olan aktual istiqamətləri, mövzuları Azərbaycan fəlsəfi təfəkkürü kontekstində daha geniş dərindən araşdırılması zərurəti üzərində dayanmışdır. O cümlədən, analitik və kontinental fəlsəfənin kreativ ideyalarının işığında Azərbaycan fəlsəfi təfəkkürünün dinamikasına nəzər salmağın vacibliyi üzərində dayanmışdır. İlham Məmmədzadə bu bağlılıqda virtual laboratoriyanın idraki imkanlarından daha geniş istifadəsini vurulumışdır. O cümlədən, süni intellektin tədqiqinin virtual laboratoriya-fələsə qarşılıqlı əlaqələrinin aspektində hansı yöndə inkişaf etdirilməsi üzərində düşünməyin vacibliyini vurğulamışdır.
Sonra, seminarın moderatoru, f.e.d. Füzuli Qurbanov “Virtual laboratoriya rəqəmsal mədəniyyət kontekstində” adlı məruzə etmişdir. Məruzəçi prof.İlham Məmmədzadənin irəli sürdüyü tezislər işığında ptroblemi fəlsəfi analiz etməyə çalışmışdır. Virtual laboratoriyanın anlayış kimi fəlsəfi dərkinin rəqəmsal mədəniyyət mərhələsində aktuallığını vurğulamış və bu çərçivədə bir sıra tezislər irəli sürmüşdür.
Bundan sonra Qazaxstandan gəlmiş qonaqlar süni intellektlə bağlı fikirlərini ifadə etmişdir. Qonağın çıxışından sonra f.e.d., prof. Əli Abasov məsələ üzərində geniş fəlsəfi kontekstdə dayanmış və təhlili çıxış etmişdir. Elmi seminara onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut mövzu ilə bağlı geniş çıxış etmişdir.
Seminar iştirakçıları müzakirələrdə fəallıq göstərmişlər. Çıxışçılar tədbirin maraqlı və aktual olduğunu ayrıca vurğulamışlar.
“Virtual laboratoriya, süni intellekt və fəlsəfə” mövzusunda elmi seminar keçirilib