Qazaxıstanlı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonaqları İnstitutda görməkdən məmnunluğunu ifadə edib. İnstitutun elmi fəaliyyəti ilə qonaqlara ətraflı məlumat verən İ.Məmmədzadə rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti barədə danışıb.
Görüş zamanı Qazaxıstanın Elmlər Akademiyası Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun arasında gələcəkdə elmi əməkdaşlığın genişləndirilməsi haqqında memorandum imzalanmışdır.
Həmçinin iki respublika arasında ortaq mədəniyyətin və ortaq dinin olmasını nəzərə alaraq Qazaxsıtan Respublikasında politologiya və dinşünaslığın inkişafı haqqında məlumat verilmiş və bu sahədə Qazaxıstan Respublikasının Elmlər Akademiyasının adı çəkilən institutu ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında qarşılıqlı birgə elmi tədqiqatların aparılması və elmi layihələrin hazırlanması yönündə fikir mübadiləsi keçirilmişdir.
Burada olmaqdan məmnunluqlarını dilə gətirən qonaqlar, qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirib və birgə elmi əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını qeyd ediblər.
