18.10.2021, 14:30 - Baxış sayı: 386

“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib


“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib.
Konfransı açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, onları 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib və bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfədir ki, 18 Oktyabrı zəfər əhval-ruhiyyəsində qeyd edirik.
18 Oktyabr Müstəqilliyin Bərpası Gününün fəlsəfi mahiyyətinə toxunan professor bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının milli-mədəni intibahı, millətin gələcəyi naminə öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atlıb. Torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan, müzəffər ordu və müzəffər xalq birliyinin məntiqi nəticəsidir.
Ağır ictimai-siyasi mühitdə öz müstəqilliyni bərpa edən Azərbaycan dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsidir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu parlaq səhifəni yaradan, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən yeni siyasi sistemdə yeni tarixi reallıqları yaradanlardır – deyə, İlham Məmmədzadə qeyd edib.
Tədbirdə f.e.d, professor Rəna Mirzəzadə, f.e.d, professor Azər Mustafayev, YAP Ərazi Partiya Təşkilatının sədri s.e.f.ü.d., dosent Sənan Həsənov, f.e.d. Füzuli Qurbanov, f.e.d. Rəfael Əhmədli, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, f.ü.f.d. Adil Qurbanov, f.ü.f.d., dosent Radif Mustafayev və digər iştirakçılar Müstəqilliyin Bərpası Günü ilə bağlı ətraflı çıxış ediblər.
“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib
“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib
“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib
“30 illik müstəqillik yolu və qələbə” mövzusunda elmi konfrans keçirilib