30.09.2021, 09:07 - Baxış sayı: 444

Professor İlham Məmmədzadə “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərində təhsilin dizaynı” konfransında çıxış edib


Professor İlham Məmmədzadə “Post COVID-19 və  4-cü Sənaye İnqilabı perspektivlərində  təhsilin dizaynı” konfransında çıxış edib24 sentyabr 2021-ci il tarixində Nizami Gəncəvi ilinə həsr olunmus “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda ilk dəfə Bakıda yeni texnoloji quruluşa keçid və onun nəticələrinə dair Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirildi.
Dövlət qurumları, ali məktəblərin rektorları, QHT və müstəqil ekspertlərin qatıldığı konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə də iştirtak etmiş və “Süni intellekt və bəzi fəlsəfi etik problemlərin aktuallığı” mövzusunda çıxış etmişdir. Qeyd edək ki, İlham Məmmədzadə konfransda rəqəmsal təhsilin gələcəyi panelinin moderatoru olub.
Eyni zamanda konfransda dünyanın beş qitəsindən problemlə yaxından məşğul olan mütəxəssislər, o cümlədən Dünya İqtisadi Forumun (ABŞ), YUNESKO-nun və YUNİSEF-in nümayəndələri də iştirak etmişlər.