27.09.2021, 14:34 - Baxış sayı: 450

Fəlsəfə və Sosiologiya İnstitutunda “Zəfər gününün fəlsəfəsi” mövzusuna həsr edilmiş ümumrespublika tədbiri keçirlib

Fəlsəfə və Sosiologiya İnstitutunda “Zəfər gününün fəlsəfəsi” mövzusuna həsr edilmiş ümumrespublika tədbiri keçirlib27 sentyabr 2021-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə “Zəfər gününün fəlsəfəsi” mövzusuna həsr edilmiş ümumrespublika tədbiri və institut tərəfindən hazırlanmış “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” adlı kitabın elmi təqdimatı keçirildi.
Tədbirə institut alimləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatı və Qazilər qatılmışlar.
Tədbirin əvvəlində Azərbaycanın ərzi bütövlüyü uğunda canından keçən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş nitqi ilə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə Zəfər gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini və yeni reallıqlar baxımından mahiyyətini şərh etdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin anım günü ilə müqayisəli təhlilini apardı. Vətən müharibəsində institut alimlərinin göstərdiyi səmərəli fəaliyyətə toxundu. Alimlərimiz tərəfindən hazırlanan “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallqlar” kitabının elmi ideoloji əhəmiyyətinə dair fikir söylədi.
Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d. Füzuli Qurbanov, f.e.d Rəna Mirzəzadə, f.e.d.professor Adil Əsədov, YAP Ərazi Partiya Təşkilatının sədri s.e.f.ü.d., dosent Sənan Həsənov çıxış edərək Vətən müharibəsində hərbi strategiya ilə ideoloji siyasi intellektual gücün vəhdəti haqqında təhlillər apardılar. Bu sarsılmaz gücü xalq-lider birliyinin təzahürü kimi qiymətləndirdilər.
Tədbirə dəvət olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti fəlsəfə doktoru Qafar Əsgərzadə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədr müavini, polkovnik Rəfael Xəlilov, Qarabağ müharibəsi qazisi Sarvan Tağıyev Azərbaycanın Vətən müharibəsindəki hərbi strategiyasının dünya hərb tarixində özünəməxsusluğuna dair fikirlərini bölüşdülər. Müharibədə qəhrəmanlıq göstərmiş övladlarımızın yüksək vətənpərvərlik ruhundan danışdılar.
İnstitut alimlərindən f.e.d., professor Sakit Hüseynov, f.e.d., professor Əsədulla Qurbanov, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, f.ü.f.d., dosent Anar Qafarov, f.e.d., professor Əyyub Kərimov və digər natiqlər müdrik siyasi iradənin gücünə arxalanan Ali Baş Komandan cənab İlham Əliyevin Cənubi Qafqazada Azərbaycanın yaratdığı yeni sülh fəlsəfəsinin bəşəriyyət üçün əhəmiyyətinə toxundular.