17.09.2021, 11:28 - Baxış sayı: 381

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq onlayn konfrasda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq onlayn konfrasda iştirak ediblər09-12.09.2021-ci il tarixində Bolqarıstanın Varna şəhərində “Fəlsəfə, ənənə, innovasiya və təhsil” mövzusunda Üçüncü Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfrans Boqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətşünaslıq İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə əməkdaşlığı ilə hazırlanmışdır. Konfransda Almaniya, ABŞ, Yaponiya, Belçika və Şərqi Avropa ölkələrinin alimləri iştirak etmişlər.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə “Süni intellekt və bəzi fəlsəfi problemlərin aktuallığı”, dosent Sevinc Həsənova “Etik məsələlər, mədəniyyətlər və süni intellekt” və dosent Zöhrə Əliyeva “Rəqəmsal əsrdə ruhun gələcəyi” adlı məruzələrlə çıxış etmişlər.
Çıxışların sonunda mövzular ətrafında maraqlı və müasir cəmiyyəti narahat edən mövzular haqqında diskusiyalar keçirilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq onlayn konfrasda iştirak ediblər
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq onlayn konfrasda iştirak ediblər