17.09.2021, 10:12 - Baxış sayı: 421

"Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və müasir fəlsəfənin aktual problemləri" mövzusunda elmi seminar keçirilib

"Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və müasir fəlsəfənin aktual problemləri" mövzusunda elmi seminar keçirilibSentyabrın 16-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda dünyalarca məşhur alim, həmyerlimiz Lütfü Zadənin Anım Gününə həsr edilmiş elmi seminar keçirildi. Seminarın mövzusu “Lütfü Zadənin qeyri-səlis nəzəriyyəsi və müasir fəlsəfənin aktual peroblemləri” idi. Seminarda institutun mövzu ilə bağlı tədqiqat aparan əməkdaşları iştirak etdilər.
Moderator f.e.d.Füzuli Qurbanov seminarın fəlsəfi əhəmiyyətinin yüksək olduğunu vurğuladı. Mövzunun institutun direktoru, prof. İlham Məmmədzadənin “Müasir fəlsəfənin bəzi ümumi tendensiyalarının dərkinə dair”adlı məqaləsində qaldırılan aktual fəlsəfi məsələlər konteksində müzakirə edilməsini təklif etdi.Çünki həmin məqalədə müasir Avropa fəlsəfəsinin geniş yayılmış fəlsəfi məktəbləinin başlıca fəlsəfi müddəaları ilə Azərbaycan fəlsəfi təfəkkürü arasında əlaqələri analiz etmək kimi vacib problem də yer alıb. Konkret olaraq İlahm Məmmədzadə məqalədə analitik və kontinental fəlsəfi istiqamətlərin qarşılılı əlaqədə analizini verib. Bu məsələnin fəlsəfi dərki məqalədə göstərildiyi kimi, Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi prizmasında əhəmiyyət daşıyır.
İnstitutun direktoru pof. İlham Məmmədzadə məruzə ilə çıxış edərək müzakirə olunan məsələnin geniş fəlsəfi təhlilini verdi. XX əsrin ikinci yarısı və XXI əsrin ilk onilliklərində Qərbdə (ABŞ və Avropa) fəlsəfədə mövcud olan istiqamətlərin ümumi xarakteristikasını verərək, bu prizmada Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi qayəsindən bəhs etdi. Bu nəzəriyyənin Azərbaycan fəlsəfi təfəkkürünün yeniləşməsində və dünya fəlsəfi təfəkkürü ilə inteqrasiyasının daha da güclənməsində əhəmiyyətli rol oynaya biləcəyini əsaslandırdı.
Məruzədə qaldırılan fəlsəfi məsələlər barədə f.e.d., prof. Əbülhəsən Abbasov, f.e.d., prof. Adil Əsədov, f.e.d., prof. Arif Bünyatov, f.e.d. Füzuli Qurbanov çıxışlar etdilər. Onlar müzakirə edilən mövzunun müxtəlif fəlsəfi aspektlərinin təhlilini verdilər. Çıxışlarda dahi alim Lütfü Zadənin irsinin fəlsəfi refleksiyasının əhəmiyyəti və aktuallığı xüsusi vurğulandı. Ayrıca, f.e.d.Füzuli Qurbanov Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin Azərbaycan fəlsəfi təfəkkürünün həm yeniləşməsinə, həm də analizinə tətbiqinin mümkünlüyünün fəlsəfi-elmi aspektini təhlil etməyə çalışdı.
Seminarda iştirak edən alimlərdən bir neçəsi mövzu ilə bağlı öz fikirlərini ifadə etdilər.
Seminarın yekununda belə qərara gəlindi ki, İlham Məmmədzadənin adı çəkilən məqaləsində qaldırılan vacib fəlsəfi məsələlər Lütfü Zadənin irsi kontekstində silsilə müzakirə edilsin.