02.08.2021, 11:28 - Baxış sayı: 933

Günel Məliklinin "Elm tv"-yə kitabı haqqında müsahibəsi


Günel Məliklinin "Elm tv"-yə kitabı haqqında müsahibəsiKitab Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli tarixinə həsr olunur. Azərbaycanda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi, repressiya illərində azərbaycan ziyalıları, 1941-1945-ci illər müharibəsi dövründə azərbaycan alimlərinin əvəzolunmaz xidmətləri elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.
Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının prezidentlərin həyat və yaradıcılığı, institutları haqqında geniş məlumat verilir. Azərbaycan xalqının ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi mərhələsində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, mühüm məqamları araşdırılır.
Müəllif kitabda Azərbaycanda elmin təşəkkülünün əsas mərhələlərini təhlil edərək, bu prosesin köklərinin tarixin dərinliklərinə gedib çıxdığını qeyd edir. Azərbaycanda elmin inkişafı ilə bağlı atılan addımlar təhlil edilir, ilk elmi təşkilatların və elmi idarəetmə orqanlarının yaradılması, Azərbaycanda ilk ali təhsil ocağının Bakı Dövlət Universitetinin yaranmasının Azərbaycan Xalq Cümhuriyyətinin ilklərindən biri kimi səciyyələndirilməsini işıqlandırılır.
Müəllif Azərbaycan Milli Elmlər Akademiyasına yaranana qədər elmi müəssisələrin yaradılması və fəaliyyətini əsas götürərək Azərbaycanda elmi müəssisələr sisteminin təşkili və formalaşması prosesini 1920-1929, 1929-1932 və 1932-1935-ci illərə bölmüş və Azərbaycan SSR Elmlər Akademiyasının təşəkkülü prosesi təhlil etmişdir. SSRİ EA Azərbaycan Filialının yaradılması təşkili ilə bağlı görülmüş işlər geniş işıqlandırılmış, onun elmi fəaliyyətinin əsas istiqamətləri təhlil edilmişdir.