Dövlət təhlükəsizliyinin təmin edilməsində Heydər Əliyev fenomeni
Günel Məlikli
Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru
AMEA YAP İdarə heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirmişdir. Azərbaycanda ilk Demokratik Respublikasının yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və Demokratiya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadədəsi olmuşdur. Bu xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır.
Bugünkü müstəqil Azərbaycan Respublikasını 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisi adlandıran möhtərəm Heydər Əliyev Cümhuriyyətin 80 illik yubileyi münasibəti ilə 1998-ci il mayın 26-da Milli Məclisin təntənəli iclasında demişdir:
“Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur...
Heydər Əliyevin milli təhlükəsizlik xidməti orqanlarında işləməsi dövrü fəaliyyəti, nəzərdə tutduğu və reallaşdırdığı prioritetlər Azərbaycan dövrlətçiliyinin möhkəmləndirilməsi baxımından olduqca vacib və əhəmiyyətlidir.
Belə ki, həmin dövrdə görkəmli şəxsiyyətin diqqətdə saxladığı məsələlər sırasında aşağıdakıları qeyd etmək olar:
• dövlətçiliyin, milli maraqların daha dolğun nəzərə alınması və reallaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi;
• xalqımıza, dövlətimizə qarşı yönəlmiş təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması;
• milli ruhlu ziyalıların qərəzli hücumlardan, təzyiqlərdən qorunması, onların real düşüncə və fəaliyyət tərzinin obyektiv qiymətləndirilməsi;
• milli təhlükəsizlik xidməti strukturunda ağıllı, düşüncəli, qabiliyyətli milli kadrların irəli çəkilməsi, onların yetkinləşiməsinə yardım göstərilməsi;
• xüsusi xidmət orqanlarının respublikamıza, onun inkişafına yad olan ünsürlərdən təmizləməsi, onların fəaliyyətinə əsaslı, prinsipial qiymət verilməsi;
• bu orqanların nüfuzunun, peşəkarlığının yüksəldilməsi istiqamətində işgüzarlığın, işə ciddi münasibətin, sosial fəallığın və məsuliyyətin başlıca prinsiplərə çevrilməsi;
• xüsusi xidmət orqanları ilə dövlətçiliyin digər strukturları arasında normal əlaqə və münasibətlərin qurulması və optimallaşdırılması.
Heydər Əliyev xüsusi xidmət orqanlarının azərbaycanlılaşdırılmasına müstəsna əhəmiyyət verirdi və bunun reallaşdırılmasını böyük uğur hesab edirdi. O, 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin 80-ci ildönümü münasibəti ilə keçirilən iclasda həmin məsələyə toxunaraq demişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin, keşməkeşli, eyni zamanda, şərəfli və fədakar yol xalqımızın çoxəsrlik tarixinin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə dövlətin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Belə ki, milli təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəri olaraq, dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və manfelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin edir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və böyük tərəqqi yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikası möhkəm təməllər üzərində qurulmuş və müasir tələblərə cavab verən təhlükəsizlik imkanlarına malikdir.
Azərbaycan təhlükəsizlik orqanlarının inkişafı üç tarixi mərhələdən keçmişdir. Birinci mərhələ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), ikinci mərhələ sovet (1920-1991), üçüncü mərhələ isə müstəqil Azərbaycan Respublikası dövrünü əhatə edir. Ulu öndər Heydər Əliyev hər üç mərhələyə toxunaraq demişdir: “Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 70 il ərzində Azərbaycan təhlükəsizlik orqanları sovet hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət göstərməsi prosesində Azərbaycan təhlükəsizlik orqanları da öz yerini tapmışdır”.
1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlət orqanlarının birgə və əməli fəaliyyəti nəticəsində vətəndaş müharibəsi təhlükəsindən qurtulmuş respublikada qısa bir müddət ərzində əmin-amanlıq, ictimai-siyasi sabitlik təmin edildi, təhlükəsizlik və asayiş bərqərar olundu. Müstəqilliyinin ilk mürəkkəb illərində çətin sınaqlardan uğurla çıxmış Azərbaycan Respublikasının möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son on beş il ərzində bütün həyati əhəmiyyətli sahələrdə əldə olunmuş misilsiz nailiyyətlər nəticəsində doğma Vətənimiz yeni inkişaf mərhələsinə yüksəlmişdir.
Azərbaycan milli təhlükəsizliyin əsasında milli mənafelərin daxili və xarici təhdidlərdən qorunması durur. Bu mənada milli təhlükəsizlik vətəndaşların, cəmiyyətin və dövlətin tarazlaşdırılmış mənafelərinin məcmusu kimi milli mənafelərin müxtəlif xarakterli daxili və xarici təhdidlərdən qorunması vəziyyətidir.
Azərbaycan prezidenti İlham Əliyev hələ 2003-cü ildə, öz səlahiyyətlərinə başladığı dövrdə heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacğını bəyan etmişdi. O, Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq bəyan edir. Bu qətiyyətli mövqeyi ilə president Azərbaycandan guzəşt umanlara sərt mesaj ünvanlayır, xalqın heç zaman ərazi itgisi ilə barışmayacağını bir daha diqqətə çatdırır. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınması müqabilində rəsmi Bakının da Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğunu dəfələrlə vurğulamışdı:
“ Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verməyəcəkdir. Dağlıq Qarabağda yaşayan insanlara, ermənilərə və oraya qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər.
Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Altı yaşından orta məktəbə daxil olan Heydər Əliyev hələ şagird ikən bütün tədris fənlərinə maraq göstərmiş, məktəbin ictimai həyatında fəal iştirak etmişdir. Heydər Əliyev müsahibələrindən: “1941-ci ildə mən Naxçıvan MSSR-in NKVD-sində arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləyirdim. Sonra muxtar respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən isə NKVD-DTN-DTK-da əməliyyat işində işləmişəm”. Heydər Əliyev Xalq Dövlət Təhlükəsizlik Komissarlığında gedən prosesləri diqqətlə izləyir, gənc əməkdaş kimi təhlükəsizlik orqanları qarşısında qoyulmuş vəzifələri dərindən öyrənir və hər vəchlə təcrübəsini artırmağa, əməliyyat işinin sirlərinə dərindən yiyələnməyə çalışır, yaşlı əməkdaşların təcrübələrindən də bəhrələnirdi.27 yanvar 1944-cü ildə Naxçıvan təhlükəsizlik orqanının rəhbərliyinə rəsmi müraciət edərək Bakı şəhərindəki xüsusi məktəbdə təhsil almağı xahiş edirdi. 1945-ci il 10 iyulda Bakı Diyarlararası Məktəbin əməliyyat işçilərinin peşə hazırlığının üzrə qısa müddətli kursu əla qiymətlərlə bitirən Heydər Əliyev yenidən Naxçıvana qayıdır. Heydər Əliyev 40-cı illərdəki fəaliyyəti daha çox müşahidə və öyrənmə ilə xarakterizə olunur. Lakin bu müdrik şəxsiyyətin istedadı və qabilliyyəti, məsuliyyəti, tapşırılmış işə yaradıcı münasibəti onu rəhbərliyin diqqət mərkəzinə çəkirdi. O na görə də Azərbaycan SSR Dövlət Təhlükəsizlik nazirinin 10 may 1949-cu il tarixli 66 saylı əmri ilə Naxçıvan MSSR DTN-nin 5-ci bölməsinin rəisi, baş leytenant Əliyev Heydər Əlirza oğlu vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSRİ DTN-in Leninqraddakı xüsusi məktəbinə ezam edilir.
6 iyul 1950-ci ildə Leninqraddakı xüsusi məktəbdə təhsilini əla qiymətlərlə başa vuran Heydər Əliyevə 21 iyunda verilmiş xidməti xasiyyətnamədə göstərilirdi ki, o, intizamlı, mənəvi cəhətdən saf, ciddi, yoldaşları ilə münasibətdə ünsiyyətcil, müdavimlər arasında böyük nüfuzu olan bir zabitdir. Əməliyyat məsələlərinin həllində əsas mahiyyəti bacarıqla üzə çıxardır, əməliyyat şəraitində sərbəst və düzgün hərəkət edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə tərtib edir... Xidməti vəzifədə irəli çəkilməyə layiqdir. O, bu xasiyyətnamə ilə Naxçıvan şəhərinə qayıtdı və 5-ci bölmənin rəisi kimi öz fəaliyyətini davam etdirdi.
Yüksək təşkilatçılıq və idarəçilik bacarığı ilə seçilən Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti yanında DTK sədrinin 2 mart 1964-cü il tarixli 85 saylı əmrinə müvafiq olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə təyin edilir..
Keçirdiyi çoxsaylı əməliyyatlar, topladığı böyük təcrübəsi, yüksək peşəkarlığı və təşkilatçılığı nəticəsində SSRİ nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 22 iyun 1967-ci il tarixli 27 saylı əmrinə əsasən Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir. Təxminən dörd aydan sonra -1967-ci il oktyabr ayının 30-da 136 nömrəli əmrlə ona general-mayor rütbəsi verilir.
Azərbaycan xüsusi xidmət orqanlarının azərbaycanlılaşdırılmasını böyük uğur hesab edən Heydər Əliyev 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin 80-ci ildönümü münasibəti ilə keçirilən iclasda deyirdi: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azə
Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm.
2020-ci ildə ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər.
Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi.
Cənab Prezident çıxışında qeyd etmişdi: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
ƏDƏBİYYAT SİYAHISI
1. Cəlal Qasımov, Xəqani Bağırov. Azərbaycanın Təhlükəsizlik Orqanlarının qısa tarixi. MTN-in nəşriyyatı. Bakı-2008, 492s.
2. Heydər Əliyev -75. – Bakı: “Azərbaycan Universiteti ” nəşriyyatı, 1998-184 s.
3. Heydər Əliyev mənim həyatımda, I cild. Məsləhətçi və ön sözün müəllifi: Ramiz Mehdiyev. Bakı, 2013, 396 s.
4. https://akademiya.dtx.gov.az/az/kitabxana/dovletin-tehlukesizliyinin-kesiyinde.html
5. https://akademiya.dtx.gov.az/az/kitabxana/dovletin-tehlukesizliyinin-kesiyinde.html
6. İlham Əliyevin 5 illik Prezidentlik Fəaliyyəti və Azərbaycanda Vətəndaş Cəmiyyəti- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası:Sosiloji tədqiqat noyabr-dekabr, 2008;: Bakı -2009, 188 s
7. Məlikli G. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik siyasətinə siyasi sahədə mane olan amillərin müəyyən edilməsi.// Sosial və humanitar elmlərin problemləri. Buraxılış №8, 2012.258-262.
8. Məlikli G. 20 yanvar faciəsi tariximizin qəhrəmanliq səhifəsidir. Iki sahil.az
9. Məlikli G. Azərbaycan Respublikasın dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu. Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının Avtoreferaratı.AMEA mətbəəsi, 25 s. Bakı-2016.
10. Məlikli G. Azərbaycan Respublikasının Milli təhlükəsizliyini şərtləndirən amillər. // Sosial və humanitar elmlərin problemləri. Buraxılış №7, 2012. s. 57-60.
11. Məlikli G. Azərbaycan Respublikasının Milli təhlükəsizliyini şərtləndirən amillər. // Sosial və humanitar elmlərin problemləri. Buraxılış №7, 2012. s. 57-60.
12. Məlikli G. Heydər Əliyev Fenomeni və Azərbaycanda Müstəqil Dövlət Quruculuğu Strategiyası //Dirçəliş-XXI əsr, № 141-142/ 2010, s. 137-145.
13. Məlikli G. Heydər Əliyev-müstəqil Azərbaycanın qurucusu. Səs 3 oktyabr 2012-ci il.
14. Məlikli G. Həqiqi müstəqilliyimizin banisi. Azərbaycan qəzeti 2 may 2010-cu il.
15. Məlikli G. Millətin və dövlətin xilas olduğu gün. Yeni Azərbaycan 13 iyun 2010-cu il.
16. Məlikli G. Milli Təhlükəsizlik anlayışı. // Müasir dövrün aktual problemləri . Buraxılış№3, 2010 s.185-190
17. Məlikli G. Milli Təhlükəsizlik anlayışı. // Müasir dövrün aktual problemləri . Buraxılış№3, 2010 s.185-190.
18. MTN-in Heydər Əliyev adına Akademiyasının “Şöhrət ” muzeyinin kataloqu
19. Süleymanov M. Azərbaycanda Ali Baş Komandanlıq instittunun Heydər Əliyev mərhələsi. Bakı, “Elm və təhsil”, 2018, 728 s.
20. Viktor Andriyanov, Hüseynbala Mirələmov. Heydər Əliyev. Nurlan , Bakı-2008, 561 s.
21. Yeni Siyasət: inkişafa doğru I cild Ramiz Mehdiyev. “Azərbaycan” qəzetinin “Azərbaycanın özü qədər əbədi” silsiləsindən IV kitabı, “Oskar” NPM mətbəəsi, 2008, 581 s.