02.04.2021, 10:59 - Baxış sayı: 876

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr olunub


“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr olunubBakı Beynəlxaql Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan II kitabı nəşr olunub. (“RS Poliqraf” MMC, 2021. Səh. 245) “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı kitabın hazırlanmasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d. professor İlham Məmmədzadə, institutun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d. professor Sakit Hüseynov, “Estetika” şöbəsinin müdiri, f.e.d., professor Adil Əsədov, “Sosiologiya şöbəsi”nin baş elmi işçisi, f.e.d. Aydın Əlizadə və iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu iştirak ediblər.
Kitabın elmi redaktoru Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, rəyçisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbəri, professor Kamran İmanov, redaktoru Tahir Kazımlıdır.