17.10.2017, 09:41 - Baxış sayı: 1322

“Dialoq fəlsəfəsi”


“Dialoq fəlsəfəsi”
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb. Elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov olan kitab sivilizasiya, mədəniyyət və dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr edilmişdir. Dialoq bu kitabda xalqlar, millətlər və sivilizasiyalararası münasibətlərin saflaşdırılması, onları ziddiyyətlərdən, anlaşılmazlıqlardan, açıq və ya qapalı şəkildə kin və küdurətdən təmizləyərək ümumbəşəri ideala-sülh və əminamanlıq içərisində yaşamağa istiqamətləndirən xilas yolu kimi təqdim olunur. Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.