16.10.2017, 22:51 - Baxış sayı: 1175

“Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”


“Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Habil Həmidovun “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti” adlı kitabı nəşr olunub.
Fəlsəfə elmləri doktoru, professor Azər Mustafayevin elmi redaktorluğu ilə işıq üzü görən kitabda Ümummilli lider, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada həyata keçirilən təhsil siyasətinin müxtəlif aspektləri tədqiqata cəlb edilmişdir. Problem təhsil islahatlarının zəruriliyi təhsil siyasətinin mühüm amillərdən biri kimi, elm və təhsilin inteqrasiyasının əhəmiyyəti kontekstində də araşdırılır.