06.10.2017, 13:35 - Baxış sayı: 1135

“Müasir dünya və Azərbaycan reallıqları - fəlsəfi təhlil”


“Müasir dünya və Azərbaycan reallıqları -  fəlsəfi təhlil”Fəlsəfə elmləri doktoru Afaq Rüstmovanın “Müasir dünya və Azərbaycan reallıqları - fəlsəfi təhlil” kitabı AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 29 iyun 2017-ci il tarixli qərarı ilə çap olunub.
Fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin elmi redaktoruluğu ilə nəşr olunan monoqrafiyada müasir dövrün bir sıra aktual problemləri fəlsəfi, sosial-siyasi kontekslərdən təhlil edilir, o cümlədən, modernləşmənin inkişaf mərhələləri, problemlə bağlı nəzəri-metodoloji yanaşmalar, sosial-siyasi inkişafı əsas konsepsiyaları, Azərbaycanda modernləşmənin sosial inkişafa təsiri, inkişafın Azərbaycan modeli nəzərdən keçirilir, daha sonra modernləşmə prosesləri kontekstində milli şüur və milli mentalitet problemi təhlil edilir. Kitabda XXI əsrin qlobal və təhlükəli hadisələrindən olan terrorizm problemi diqqət mərkəzinə çəkilir, daha dəqiq desək, terrorizm, beynəlxalq terrorizm, din və terrorizm və s. Məsələlər araşdırılır, həmçinin dini tolerantlıq, humanizmə dair ideya və mülahizələr tarixlilik və müasirlik baxımından araşdırılır.