28.12.2020, 11:09 - Baxış sayı: 587

Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham ƏliyevəAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident,
Otuz illik erməni işğalına son qoyaraq xalqımıza, eləcə də dünyadakı bütün azərbaycanlılara qələbə sevinci bəxş etdiyinizə, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə onu bölgədə və dünyada qüdrətli bir gücə çevirdiyinizə , gələcək inkişafı üçün daha geniş üfüqlər açdığınıza görə haqlı olaraq ümumxalq məhəbbətinə layiqsiniz. Siz ulu öndər Heydər Əliyevin siyasi vəsiyyətlərini uğurla həyata keçirərək xalqımızın müdrik rəhbəri və fədakar xidmətçisi missiyanızı şərəflə yerinə yetirirsiniz.
Uzun illər Ulu öndərimizin və Zati-Alinizin təyinatı ilə İranda, Pakistanda, Əfqanıstanda və Ukraynada yüksək diplomatik vəzifədə olarkən həmin ölkələrlə əlaqədar yeritdiyiniz xarici siyasət kursunun necə tədbirli, gələcəyə hesablanan və xalqımızın milli maraqlarına hədəflənən bir siyasət olduğunun birbaşa şahidi olmuşam. 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin haqq işinə mənəvi-siyasi dəstək verən ölkələr sırasında qardaş Türkiyə ilə yanaşı, həmin ölkələrin də bu və ya digər şəkildə yer alması yeritdiyiniz prisipial və ardıcıl xarici siyasətin real nəticəsidir.
Möhtərəm cənab Prezident, möhtəşəm qələbə sevinci yaşadığımız bir zamanda doğum gününüz münasibətilə ölkəmizin sadə ziyalı bir vətəndaşı olaraq Sizi ürəkdən təbrik edirəm! Zati-Alinizə və xalqımıza həmişə Zəfər arzulayıram!"

Dərin ehtiramla,
Eynulla Mədətli
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
24 dekabr 2020-ci il

"525.az"