Akademik Firudin Köçərlinin 100 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib
22 dekabr 2020-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda akademik Firudin Köçərlinin 100 illik yubileyinə həsr olunmuş “Akademik Firudin Köçərlinin Azərbaycan fəlsəfə elmində xidmətləri” mövzusunda onlayn elmi konfrans keçirilib.
“Fəlsəfə İnstitutunun görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə akademik Firudin Köçərlinin Fəlsəfə İnstitutunun tarixində böyük və əvəzsiz xidmətlərinin odluğunu bildirdi. Azərbaycandan kənarda da onun bir alim və şəxsiyyət kimi nüfuzunun böyük olduğunu və bir çox konfranslarda bunun şahidi olduğunu qeyd etmişdir. Firudin Köçərlinin fəlsəfə tarixi istiqamətində də bir sıra fundamental işləri həyata keçirdyini bildirən alim, akademikin bu sahədə müəyyən yeniliklərə imza atdığını da vurğulayıb.
Həmçinin Firudin Köçərlinin Fəlsəfə İnstitutunun böyük simalarından olduğunu və 25 il instituta rəhbərliyi dövründə gənc kadrların yetişdirilməsində xidmətinin olduğunu bildirmişdir. Onun “Mirzə Fətəli Axundovun dünya görüşü”, “Nəriman Nərimanovun həyat yaradıcılığı və siyasi fəaliyyətinin tədqiq və təbliğindəki fəaliyyətindən bəhs edən İ.Məmmədazadə akademikin Azərbaycan Sovet dövrünün ən böyük ziyalılarından biri olduğunu diqqətlərə çatdırıb.
İ.Məmmədazadə ziyalıların Firudin Köçərli haqqında fikirlərinə da toxunub: “Heç də təsadüfü deyildir ki, Mirzə İbrahimov onu “Ziyalıların ziyalısı”, İşmayıl Şıxılı “Nəcib insan”, Hüseyn Arif “Gədəbəy dağlarının təbiəti qədər saf, bulaqlarının suyu kimi duru insan” adlandırırdı. Azərbaycanın məşhur filosofu Cəmil Əlibəyov Firudin Köçərli şəxsiyyətini bu sözlərlə ifadə etmişdir: “Firudin müəlim dünyaya şəxsiyyət kimi gəlmişdir. Həyatını insaniyyət təməli üstündə qurmuşdur və bu ləyaqətlə də əbədi dünyasına çəkildi”.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva “Akademik Firudin Köçərli: Nərimanovşünas”, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi f.ü.f.d. Faiq Ələkbərli “Akademik Firudin Köçərlinin Azərbaycan xalqının fəlsəfə tarixində yeri və rolu”, “Estetika” şöbəsinin müdiri, f.e.d. Adil Əsədov “F.Köçərli – müdriklik nümunəsi kimi”, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d Nicat Məmmədov “Akademik Firudin Köçərlinin elmi rəhbər kimi özəllikləri” mövzusunda çıxış etdilər.
Fəlsəfə və Sosiologiya İnstitunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d., professor Rəna Mirzəzadə, f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Sakit Hüseynov, f.e.d. Rafiq Əliyev, f.e.d. Füzuli Qurbanov akademik Firudin Köçərli haqqında fikirlərini konfrans işçiləri ilə bölüşdülər.