16.12.2020, 18:37 - Baxış sayı: 671

“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilib


“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilib16 dekabr 2020-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan millətinin milli şüurunun yanranmasını qısa şəkildə şərh edərək Azərbaycan şifahi xalq ədəbiyyatının, xüsusilə Dədə Qorduq dastanından da nümunələr və misallar gətirmişdir.
“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilibO, milli məsələlərə və milli şüurun inkişafına marksist yanaşmanı təhlil etməklə göstərdi ki, sovetlər dövründə milli mədəniyyətlər özünəməxsus şəkildə inkişaf etsə də onlar sovet xalqının formalaşmasına xidmət edirdi. Lakin müasir dövrdə millətin formalaşmasının mühüm iqtisadi, mədəni, siyasi amilləri izah edərək göstərdi ki, millətin inkişafı üçün milli ideologiya çox zəruridir. İndiki azərbaycançılıq ideologiyası milli ideologiyanın əsasını təşkil edir və heç bir digər etnik qrupların mədəniyyətinin, dilinin, ədəbiyyatının inkişafına məhdudiyyət yaratmır və əkinsə onların hər tərəfli inkişafına şərait yaradır.
“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilib“Millət və etnos şüurun fəlsəfi kontekstində” mövzusunda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə öz çıxışında millət və milli mədəniyyət problemlərinə fərqli yönlərdən yanaşmağın vacibliyini vurğulayıb. “Bizdə ideoloji tamlıq, milli birlik tam olaraq formalaşıb. Təbiidir ki, millətin formalaşması öncə milli şüurun yaranmasından başlayır. Biz bunun Vətən Müharibəsi zamanı bariz nümunəsini gördük. Hər kəs bu məsələdə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bütün bunlar isə millətin özünüdərkin və milli birliyinin bariz nümunəsidir” - deyən İlham Məmmədzadə milli inkişafda tarixi yaddaş anlayışının xüsusi yer tutduğunu qeyd edib.
Sonra akademik Nərgiz Axundova, f.e.d. Zümrüd Quluzadə – “Millət və milli mədəniyyət anlayışlarının məzmununun dəqiqləşməsinə dair”, biologiya.e.d. Ulduz Həşimova “Etno-mədəni problemlərin həllində biologiya elminin rolu”, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, antropologiya e.d. Əliağa Məmmədli “Etnos və millət anlayışlarına yanaşmalar: tarixi baxış və gerçək durum”, t.e.d. Eynulla Mədətli “Müxtəlif ölkələrdə “millət” və “xalq” anlayışlarının tarixi dinamikası, fərqliklər və bənzərliklər”, f.e.d. Rəfiqə Əzimova “Milli dəyərlər milli mənliyin əksi kimi”, h.e.d., professor İsaxan Vəliyev, f.e.d. Afaq Rüstəmova “Dil və mədəniyyət: qarşılıqlı əlaqə və təsir məsələləri”, f.e.d. Füzuli Qurbanov “Cəmiyyətin fəlsəfi öyrənilməsinə fənlərarası yanaşmanın bir sıra xüsusiyyətləri”, f.e.d. Adil Əsədov “Millət anlayışı etnogenezin personalist konsepsiyası işığında”, t.ü.f.d. Firdovsiyyə Əhmədova “Cümhuriyyət dönəmində azərbaycanlı kimliyinin rəsmi ifadəsi”, Qabil Camalov “Azərbaycan millətinin etnogenezi və onun müasir anlamı”, f.e.d. Əhməd Qəşəmoğlu “Millət” və “milli mədəniyyət” terminlərin dəqiqləşməsində funksional-struktur yanaşmanın, ahəngyol nəzəriyyəsinin imkanları” və digər çıxışçılar mövzu ətrafında fikir və mülahizələrini bildirdilər.