MÜASİR SİYASƏTİN FƏLSƏFƏSİ


“Müasir siyasətin fəlsəfəsi” şöbəsi Şöbə 2003-cü ilin sentyabrından fəaliyyət göstərir. Müstəqillik şəraitində siyasi tədqiqat və təhlillərin gücləndirilməsi zərurəti qarşıda duran vacib məsələlərdən idi. Bu prinsiplə də institutda “Politologiya” şöbəsi yaradılmışdı. Dövlətin siyasi həyatında aparılan islahatlar və tədqiqat istiqamətlərinin yenidən müəyyənləşdirilməsi nəticəsində şöbə “Politologiya və siyasi sosiologiya”, sonradan isə “Siyasi nəzəriyyələr” adlandırılmışdı. Struktur dəyişikliklər ilə əlaqədar olaraq şöbə 2017-ci ildən “Müasir siyasətin fəlsəfəsi” adlanır. Şöbənin 2018-2020-ci illər üçün aparıcı elmi-tədqiqat işi “Azərbaycan modeli:müasir siyasətin fəlsəfəsi kontekstində” adlanır.
Şöbəyə fəlsəfə üzrə elmlər doktoru Rəna Seyid Rza qızı Mirzəzadə rəhbərlik edir. Rəna Mirzəzadə 2004-cü ildə respublikada ilk dəfə olaraq, “Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri doktorudur.
Rəna Mirzəzadə 2008-ci il 16 mart və 2012-ci il mart Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olmuşdur. Azərbaycan Qadınlarının I (1998), II (2003), III (2008) və IV (2013)-cü illər Qurultayında məruzəçi olmuşdur. 2008-ci il Prezident seçkiləri ərəfəsində respublikanın 40-dək rayonunda “Qadın və seçki” mövzusu ilə çıxış etmişdir. 2009-cu il mart Referendiumunda “Zəka” təbliğat qrupunun rəsmi vəkili olmuşdur. 2010-cu il parlament seçkilərində YAP tərəfindən fərmanla təltif olunmuşdur. 2016-cı il sentyabr Referendiumunda rəsmi vəkil olmuşdur.
2011-ci il 3 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Respublikada elmin və təhsilin inkişafınada göstərdiyi fəaliyyətə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2013-cü ildə Azərbaycan Həmkarlar Komitəsinin 20 illik yubiley medalı ilə təltif olunmuşdur. 2014-cü il apreldə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Səmərəli fəaliyyətinə görə” medalı ilə təltif olunmuşdur.
Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü və Ombudsman Aparatı Ekspertlər Şurasının ekspertidir.
Şöbənin 14 əməkdaşı var. Onlardan 1 baş elmi işçi, 2 aparıcı elmi işçi, 1 böyük elmi işçi, 4 elmi işçi, 2 kiçik elmi işçi, 2 böyük laborant, 1- i laborantdır. Onlardan 2-si dissertantdır. Şöbədə 2 elmlər doktoru, 7-si isə fəlsəfə doktorudur.