MÜASİR DÜNYANIN FƏLSƏFİ CƏRƏYANLARI


Əli Abasov- şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor.

Fəlsəfənin yeni istiqamətləri və geder tədqiqatları bölməsi AMEA Rəyasət Heyətinin 18 Dekabr 1998-ci il sərəncamı ilə yaradılmış, elə həmin il eyniadlı şöbəyə çevrilmişdir. Şöbənin elmi-tədqiqat fəaliyyəti klassika, qeyri-klassika, postqeyri-klassikanın, keçid dövrü yaşayan ölkələrdə qloballaşma və informasiya inqilabı, eləcə də postmodern dövründə mənəvi, sosiomədəni və siyasi proseslərin koqnitiv sxemlərinin analizi üçün yeni fəlsəfi konsepsiya və paradiqmalar işləyib hazırlamaq və tətbiq etməyə yönəlib. Bu iş Azərbaycana xas Şərq və Qərb dəyərlərinin qarşılıqlı təsir aksiologiyası kontekstində həyata keçirilir.
İdrakın sinergetika, gender, elmlərin konvergensiyası, sülh mədəniyyəti, “canlı tarix” kimi ən yeni idrak istiqamətləri, onların fəlsəfi problemlərinin tədqiqi ayrıca həyata keçirilir.
Şöbədə genderin fəlsəfi problemlərinin işlənməsinə xüsusi diqqət yetirilib və öz ənənələri olan Azərbaycan gender məktəbi formalaşdırılıb. Məktəb bir sıra yerli və xarici gender araşdırma mərkəzləri ilə əlaqə qurmaqla, genderin nəzəri problemlərini işləməklə yanaşı gender bərabərliyi ideyasının geniş təbliği ilə də məşğul olmuşdur. Bu məqsədlə konfrans və seminarlar keçirilmiş, müxtəlif təhsil müəssisələri üçün gender tədris proqramları işlənib hazırlanmışdır.
Fəaliyyət müddətində 21 kitabdan ibarət “Gender kitabxanası” yaradılmışdır. Bura dərslik, nəzəri araşdırmalar, genderlə bağlı tarixi materiallar, sosioloji tədqiqatlar daxildir.
“Azərbaycanda qadın məsələsi” seriyasından kitablarda ölkədə 19-cu əsrin ortalarından günümüzədək gender münasibətlərinin tarixi bərpa olunub. 2005-ci ildə şöbə əməkdaşları BMT Azərbaycan ofisinin Azərbaycanda qadının vəziyyəti ilə bağlı illik hesabatının hazırlanmasında iştirak etmişlər.
2010-cu ildən başlayaraq şöbə müasir fəlsəfə problemlərinə həsr olunmuş kollektiv monoqrafiyalar nəşr etdirməyə başlayıb. Bu kitablarda MDB və başqa xarici ölkələrdən olan filosof və tanınmış tədqiqatçıların yazıları dərc edilmişdir.
Kitablarda Azərbaycan, ingils və rus dillərində məqalələr çap olunmuşdur.