KİTABXANA


    Kitabxana fəaliyyətinin - əsas istiqamətləri kitablar və digər sənət növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq – kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hər tərəfli istifadəsinə verməkdən ibarətdir.
    Fəlsəfə İnstitutunun kitabxanası 2003-cü ildə yaradılıb. Kitabxanada Ulu Öndərimiz görkəmli şəxsiyyət siyasətçi Heydər Əliyevin kitab guşəsi yaradılıb. O cümlədən kitabxanamızda dövlət tərəfindən kitablar, jurnallar və qəzetlər alınır. İnstitutun əməkdaşları bu vəsaitlərdən səmərəli istifadə edirlər.

    Vəliyeva Lalə Qəzərfər qızı
    Bakı Yeyinti Sənaye texnikomunu və Ukrayna Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, uzun illər qanun naminə qəzetinin xüsusi müxbiri işləmişdir. 2008-ci ildən AMEA-nın aspirantura şöbəsində, sonra isə kitabxanasında çalışmıdır. Uşaq redaksiyasında Zəka kitabının müəllifi və baş redaktorudur.

    Əliyeva Xalidə Firdovsi qızı
    1997-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirmiş, 2009-cu ildən Bakı Dövlət Universitetinin biblioqraf və kitabxanaçılıq üzrə magistr dərəcəsi almışdır. 1997-ci ildən AMEA-da iş fəaliyyətinə başlamış, kitabxanaçı vəzifəsində çalışır.