07.12.2020, 09:39 - Baxış sayı: 527

“Rəvayətlərdən etik tərbiyəyə: dil və ədəbiyyat dərslərində şagirdlərin mədəniyyət və etika əsasları ilə tanışlıq və təşviqində Şərq rəvayətlərindən istifadə” mövzusunda onlayn konfrans keçirilib


“Rəvayətlərdən etik tərbiyəyə: dil və ədəbiyyat dərslərində şagirdlərin mədəniyyət və etika əsasları ilə tanışlıq və təşviqində Şərq rəvayətlərindən istifadə” mövzusunda onlayn konfrans keçirilibTəhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin keyfiyyətin təminatı şöbəsinin müdiri Elçin Sərdarovun moderatorluğu ilə ideya müəllifi olduğu və müəllim həmkarı Elçin Orucovla "Təhsildə inkişaf və innovasiyalar" müsabiqəsinin dəstəyi ilə həyata keçirilən "Rəvayətlərdən etik tərbiyəyə" layihəsi çərçivəsində təşkil edildiyi onlayn elmi-pedaqoji və praktiki konfrasda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f e.d., professor İlham Məmmədzadə dəyərlər, onların fəlsəfi mahiyyəti, dəyərlərin qorunub-saxlanma yolları, rəvayətlərin tərbiyəvi əhəmiyyəti və dəyərlərə təsiri barədə danışmışdır. Konfransda çıxış edən institutun aparıcı elmi işçisi, f.f.d., dos. Zeynəddin Şabanov dəyərlərin formalaşması, nəsildən-nəslə ötürülməsində ailə və məktəbin üzərinə düşən vəzifələrdən danışıb, orta məktəb dərsliklərini bu istiqamətdə təhlil edib, burada verilən hikmətli fikirlər, rəvayətlərin gənclərin düzgün tərbiyəsindəki rolunu vurğulayıb, maariflənmə və təbliğat işinin daha da genişləndirlməsinin vacibliyini bildirib. Sonda çıxış edənlər dinləyicilərin suallarını cavablandırmışlar.