03.12.2020, 07:13 - Baxış sayı: 438

“Yeni ipək yolu və mədəniyyətlərin qarşılıqlı fəlsəfəsi” adlı almanax işıq üzü görüb


“Yeni ipək yolu və mədəniyyətlərin qarşılıqlı fəlsəfəsi” adlı almanax işıq üzü görübAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Yeni ipək yolu və mədəniyyətlərin qarşılıqlı fəlsəfəsi” adlı almanax (Bakı-2020., ) işıq üzü görüb. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan almanaxın baş redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə, məsul redaktoru k.f.d. Adil Həşimov, məsul katibi f.ü.f.d. Zeynəddin Şabanov, redaksiya heyətinin üzvləri isə Fəlsəfə və Sosiologiya İnstitunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, prof. Alessandro Fiqus (İtaliya), prof. Guido Amoretti (İtaliya), prof. T.Maxamatov (RF) və f.ü.f.d., dos. Sevinc Həsənovadır.