06.10.2017, 10:44 - Baxış sayı: 1709

“Mənəvi dəyərlərimizi qoruyaq və inkişaf etdirək” mövzusunda seminar keçirilib


“Mənəvi dəyərlərimizi qoruyaq və inkişaf etdirək” mövzusunda seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Estetika şöbəsinin əməkdaşları 21 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında Şəki şəhərində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Mənəvi dəyərlərimizi qoruyaq və inkişaf etdirək” mövzusunda seminar keçirmişlər. Seminarı giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi-işlər üzrə direktor müavini, psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev açaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulamış-dır. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov çıxış etmişdir. Adil Əsədovun çıxışında mənəviyyat probleminin fəlsəfi aspektdən izahı iştirakçılar tərəfindən dərin marağa səbəb olmuşdur. Fəlsəfə İnstitutunun Estetika şöbəsinin əməkdaşı, Natalya Əliyeva Azərbaycan xalqının mənəvi dəyərlərindən bəhs etmiş, bizim mənəvi dəyərlərimizin Azərbaycanda olan əcnəbi qonaqlar, xüsusən digər xalqların görkəmli şəxsiyyətləri tərəfindən yüksək qiymətləndirilməsindən qürurla söhbət açmışdır. Seminarda Estetika şöbəsinin əməkdaşları Nailə Əsədova, Türkan Məmmədova, Düranə Nəzərli iştirak etmişlər.