17.10.2020, 11:16 - Baxış sayı: 398

Professor Sakit Hüseynov Türkmənistanda keçirilən onlayn konfransda iştirak edib


Professor Sakit Hüseynov Türkmənistanda keçirilən onlayn konfransda iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri f.e.d, professor Sakit Hüseynov Türkmənistan Bədən Tərbiyəsi və İdman Dövlət İnstitutunun rəhbərliyi tərəfindən 9-10 oktyabr 2020-ci il tarixlərində keçirilən “Müstəqillik dövründə sağlamlıq, təhsil və idman” adlı online video-konfransda iştirak etmişdir. Sakit Hüseynov online konfransda “Bir kəmər, bir yol” layihəsi və Azərbaycan" mövzusunda məruzə etmişdir. Qeyd edək ki, məruzə məqalə şəklində konfransın materiallarında çapı olunacaq.