02.10.2020, 19:25 - Baxış sayı: 613

“İRAVAN XANLIĞI” adlı enisklopedik toplu nəşr edilib


“İRAVAN XANLIĞI” adlı enisklopedik toplu nəşr edilibUzun illərdir ki, erməni diplomatik korpusları və erməni lobbi təşkilatları dünya ictimayətəində Azərbaycana və Türkiyəyə qarşı dezinformasiya təbliğatı aparmaqdadır. Bu, informasiya müharibəsi şəraitində əsil həqiqətin müəyyənliyi və bəyan edilməsi olduqca zəruri bir hadisədir. Yaxınlarda nəşr edilmiş (hər cildi səkkiz yüz səhifə olmaqla) geniş həcmli dörd cildlik “Azərbaycanın əzəli və əbədi torpağı İRAVAN XANLIĞI” Enisklopedik toplu Azərbaycan elmi mühiti və geniş ictimayət üçün olduqca əlamətdardır. Eyni zamanda, (erməni mifinin ifşa edilməsi baxımdan) bu toplu öz təyinatı etibarilə dünya ictimayəti üçün də əhəmiyyətlidir.
Toplunun meydana gəlməsində layihənin ideya müəllifi, həmçinin, “Ön Söz”ün müəllifi - Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə-general leytinantı Xanlar Vəiyev, tərtib edəni və elmi redaktoru - görkəmli ziyalı, “Respublika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov, məsləhətçi Azərbaycan Respublikası Prezidentnin İşlər müdiri Oqtay Şahbazov, rəyçi Allahşükür Qurbanov, naşiri isə İsmayıl Allahverdidir. Qeyd edək ki, Ensklopedik toplunun bütün məzmununu özündə ehtiva edən “GİRİŞ”i isə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə və institutun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru R.Ruşanzadə tərəfindən (həmmüəllif olaraq) yazılmışdır. Bununla belə, toplunun birinci cildində R.Ruşanzadənin “Ermənilik ideologiyası: tarixi-hüquqi-siyasi müstəvidə” adlı əsəri yer almışdır.
Toplunun əsas qayəsi İravan Xanlığının qədim türk-müsəlman torpağı olmasını, yaxın tarixdə ermənilərin həmin əraziyə nə vaxt, necə, hansı şəraitdə köçürülməsini, zaman-zaman xarici güclərin dəstəyi və sifarişi ilə erməni silahlı birləşmələrinin müsəlmanlara qarşı törətdikləri terror və qətliam aktlarını, habelə, dünya ictimayətini ovsunlamağa hesablanmış erməni mifininin mənfur mahiyyətini aydın mənbələr və elmi-məntiqi mühakimələr əsasında sübut etməkdən ibarətdir.