05.08.2020, 09:56 - Baxış sayı: 1134

“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” adlı monoqrafiya nəşr olunub


“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” adlı monoqrafiya nəşr olunubAMEA Fəlsəfə İnstitutunun əməkdaşı f.ü.f.d., dosent Mətanət Şəkixanovanın “Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyada müəllifin 2009-cu ildən bəri təxminən 10 il ərzində AMEA Fəlsəfə İnstitutunda apardığı tədqiqatların bir hissəsi öz əksini tapmışdır. Bu tədqiqatlar türk ellərində (Türkiyə, Azərbaycan, Tatarıstan) yaşayıb yaratmış, İslam modernizmi cədidçiliyi yaratmış ilahiyyatçı filosofların azadfikirlilik (ictihad) fəlsəfəsinə həsr olunub, müsəlman-türk xalqlarının məfkurə tarixində önəmli bir dövrü əhatə edir. Kitab milli kimliyimizin formalaşmasında İslam amilinin və yeni tədrisin oynayacağı rolu qabartmaqla, həsr olunduğu dönəmin elm, düşüncə insanlarının ideyalarını, eləcə də ideallarını oxucusuna çatdırmaq məqsədi güdür.
Kitab filosoflar, dinşünaslar, mədəniyyətşünaslar, tarixçilər, filoloqlar, eləcə də ali məktəblərin tələbə və müəllim heyəti üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri filologiya elmləri doktoru, professor Flera Seyfulina və pedaqoqika elmləri doktoru, professor İntiqam Cəbrayılovdur.
Monoqrafiya Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.