29.07.2020, 10:30 - Baxış sayı: 495

"Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr" adlı konfrans keçirilib


"Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr" adlı konfrans keçirilib27 iyul 2020-ci il tarixində YAP Yasamal rayon Təşkilatının təşkilatçılığı ilə geniş tərkibli videokonfrans kecirilmişdir. Qabaqcıl ictimai-siyasi xadimlərin, partiya fəallarının, elmi ictimaiyyətin nümayəndələrinin qatıldığı konfransda informasiya müharibəsində mətbuatın qarşısındakı mühüm vəzifələrin muzakirəsi, xüsusilə dövlətin strateji istiqaməti kimi informasiya təhlükəsizliyinin təmin edilməsində mətbuat nümayəndələrinin elmi ictimaiyyətin və partiya təşkilatlarının vəzifələrinə dair geniş müzakirələr aparılmışdır. Müasir dünyadakı siyasi proseslərdə informasiyanın roluna dair maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi edilmiş, qarşıda duran vəzifələr şərh edilmişdir. Konfransa YAP Fəlsəfə İnstitutu Təşkilatı da qatılmışdır.