02.06.2020, 12:45 - Baxış sayı: 729

“Dialoq mədəniyyəti və müasirlik” adlı monoqrafiya çap olunub


“Dialoq mədəniyyəti və müasirlik” adlı monoqrafiya çap olunubAMEA-nın Fəlsəfə İnstitutu, Davamlı inkişafın fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Şölət Zeynalovun “Dialoq mədəniyyəti və müasirlik” adlı monoqrafiyası (Bakı, “AVROPA “ nəşriyyatı-2020, 328 səh.) çap olunub.
Kitab dialoq və dialoq mədəniyyəti probleminə həsr olunmşdur. Mədəniyyət, sivilizasiya, kommunikasiya, dinlərin qarşılıqlı münasibətləri, elm və bilik, insanın etik, ekzistensial və s. problemləri monoqrafiyanın əsas xəttini təşkil edir. Dialoq fəlsəfəsi və dialoq mədəniyyəti tədqiqatda xalqlar, millətlər, sivilizasiyalar və insanlararası münasibətlərin yeni mərhələyə yüksəldilməsi, sülh və harmoniyaya yönəldilməsi işində katarsis kimi təqdim edilir. Kitabda “Azərbaycan modeli”, “Bakı prosesi” paradiqmasının ideya əsaslarına, Dağlıq Qarabağ probleminin mənbələri və nizamlanma perspektivinə dialoq kontekstində real fəlsəfi-siyasi baxış əks olunmuşdur.
Elmi redaktoru AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev və fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov olan monoqrafiya dialoq, dialoq mədəniyyəti, kommunikasiya, sülh və təhlükəsizlik və s. humanitar problemlə məşğul olan, alim, tədqiqatçı, dissertant, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.