16.05.2020, 18:27 - Baxış sayı: 844

Dosent Zeynəddin Şabanov “Ailə dəyərləri və gender mədəniyyəti” mövzusunda çıxış edib


Dosent Zeynəddin Şabanov “Ailə dəyərləri və gender mədəniyyəti” mövzusunda çıxış edib15 may 2020-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzi Zaqatala nümayəndəliyinin Beynəlxalq Ailə Gününə həsr edilmiş vebinarında AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanov “Ailə dəyərləri və gender mədəniyyəti” mövzusunda çıxış etmişdir. Z. Şabanov əvvəlcə müasir dünyanı təhdid edən yeni növ virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən, Nazirlər Kabineti yanında Operativ Qərargahın irəli sürdüyü tələblərə əməl etməyin zəruriliyindən, sağlam qalmağın fəlsəfəsindən danışıb. Daha sonra məruzəçi dəyərlər, onların məzmunu, növləri, milli və bəşəri dəyərlərin fəlsəfi mahiyyətindən söz açıb, dəyərlərin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələrdən danışmışdır. Müasir dövrdə qorunub-saxlanması daha çox aktuallıq kəsb edən ailə dəyərlərini təhlil edən məruzəçi bu istiqamətdə ölkədə həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində görülən işlər barəsində gəncləri məlumatlandırıb, təkliflərlə çıxış edib.Müasir ailələrə təsir göstərən bəzi neqativ amillərin aradan qaldırılması, problemlərin həlli yolları barədə fikirlərini bölüşüb. Məruzəçi ailə dəyərlərinin qorunması və tamlığının hifz olunması üçün gender mədəniyyətinə əməl olunmasının vacibliyini bildirib. Vebinara qoşulan 108 nəfər gəncdən suallarla müraciət edənlərə ətraflı cavablar verilib.